"Qarabağ"ın zədələnmiş 2 futbolçusundan son xəbər
[21.10.2015]![]()
"Qarabağ"ın futbolçuları Maksim Medvedev və Dani Kintananın zədələrinin ciddi olmadığı müəyyənləşib.
İdmannews.blogspot.com-un məlumatına görə, hər iki oyunçu artıq məşqlərə başlayıb.Baş məşqçi Qurban Qurbanov şans verəcəyi təqdirdə, onların sabah Avropa Liqasının qrup mərhələsində "Monako" ilə oyunda iştirakları gözlənilir. Qeyd edək ki, M.Medvedev ötən həftə "Avro-2016"nın seçmə mərhələsində Bolqarıstanla oyunda, D.Kintana isə Azərbaycan Premyer Liqasının son turundakı matçda zədələnib. |