4/11/2016



"Qarabağ"dan mövsümün rekordu
[11.04.2016]
"Qarabağ"dan mövsümün rekordu
“Qarabağ” ardıcıl 6-cı qələbəsini qazanıb.

İdmannews.blogspot.com-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, “Kəpəz”i 4:0 hesabı ilə məğlub edən Qurban Qurbanovun komandası sonuncu dəfə 23-cü turun “İnter”lə oyununda xal itirib – 1:1.

Bununla da Ağdam klubu mövsümün rekordunu yeniləyib. Bunadək rekord 19-23 turlarda 5 qələbə qazanan “Zirə”yə məxsus idi.
24-cü turda məhz “Zirə”nin qələbə seriyasını 2:0 hesablı qələbə ilə dayandıran “Qarabağ” ardınca “Sumqayıt” (2:0), “Qəbələ” (2:1), “Rəvan” (5:1), “Xəzər Lənkəran”ı (2:1) məğlub edib.

4/06/2016


PSJ "Mançester Siti"yə, "Real" "Volfsburq"a qarşı (YENİLƏNİR)
[06.04.2016]
PSJ "Mançester Siti"yə, "Real" "Volfsburq"a qarşı (YENİLƏNİR)
Bu gün Çempionlar Liqasında 1/4 finalın ilk oyunlarına yekun vurulacaq.

İdmannews.blogspot.com-un məlumatına görə, növbəti oyun günündə daha iki qarşılaşma keçiriləcək.

Artıq Fransa Liqasında çempionluğunu rəsmiləşdirən PSJ öz meydanında "Mançester Siti"ni qəbul edəcək.

Digər oyunda isə Madrid "Real"ı Almaniyada "Volfsburq"un qonağı olacaq.




6 aprel
Çempionlar Liqası, 1/4 finalın ilk oyunları 
22:45. PSJ (Fransa) - "Mançester Siti" (İngiltərə)
22:45. "Volfsburq" (Almaniya) - "Real" (Madrid, İspaniya)


5 aprel 
22:45. "Barselona" (İspaniya) - "Atletiko" (Madrid, İspaniya) - 2:1
Qollar:
 Fernando Torres, 25 (0:1), Luis Suares, 63 (1:1), 74 (2:1)
Qırmızı vərəqə: Fernando Torres, 35 ("Atletiko")
22:45. "Bavariya" (Almaniya) - "Benfika" (Portuqaliya) - 1:0
Qol:
 Vidal, 2 (1:0)