9/18/2015


"Qarabağ" çox yaxşı oynadı" – "Tottenhem"in baş məşqçisi
[18.09.2015]
"Qarabağ" çox yaxşı oynadı" – "Tottenhem"in baş məşqçisi
"Oyun bizim üçün asan keçmədi. Erkən qol buraxdıq. Ancaq şadam ki, komandam xarakter göstərərək qələbə qazandı".
İdmannews.blogspot.com-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri "Tottenhem"in baş məşqçisi Maurisio Poçettino Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a qalib gəldikləri oyundan sonra deyib.
43 yaşlı mütəxəssis "Qarabağ"ın yaxşı mübarizə apardığını bildirib: "Qarabağ" yaxşı komandadır. Bu komanda gözəl oyun fəlsəfəsinə malikdir. Rəqib bu gün çox yaxşı oynadı. Qalib gəldiyimiz üçün şadam. Avropa Liqasını qazanmaq asan deyil. Bu nə dərəcədə realdır, böyük sualdır. Ancaq biz turnirin finalına qədər irəliləyib, kuboku qazanmağa çalışacağıq".
Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsinin ilk turunda evdə "Qarabağ"ı qəbul edən "Tottenhem" 3:1 hesabı ilə qələbə qazanıb. 


"Tottenhem"in futbolçusu: "Qarabağ" yaxşı oynadı"
[18.09.2015]
"Tottenhem"in futbolçusu: "Qarabağ" yaxşı oynadı"
"Tottenhem"in futbolçusu Delle Alli Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a 3:1 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.
İdmannews.blogspot.com-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, inamla oynadıqlarını bildirib:
"İlk qolu buraxmağımız pis oldu. Ancaq ümumilikdə yaxşı oyun nümayiş etdirdik".
D.Alli bildirib ki,  "Qarabağ" onlara çətinlik yaradıb:

"Qələbə qazanmaq üçün çox işləməyə məcbur olduq. Qarabağ" zəif rəqib deyildi. Onlar yaxşı oynadılar. Sonun vurduğu qollarda pay sahibi olduğum üçün şadam. Komandama kömək etmək mənə xoşdur".

9/13/2015



"Qarabağ"ın rəqibləri növbəti oyunlarına çıxdı
[13.09.2015]
"Qarabağ"ın rəqibləri növbəti oyunlarına çıxdı
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibləri növbəti oyununa çıxıb.

İdmannews.blogspot.com-un məlumatına görə, hər üç rəqib - "Tottenhem", "Monako" və "Anderlext"  bu gün ölkə çempionatında növbəti oyununu keçirib

"Tottenhem" İngilərə Premyer Liqasının 5-ci turunda "Sanderlend"in qonağı olub və minimal hesabla qalib gəlib - 1:0.

"Monako" Fransa Liqasının 5-ci turunda səfərdə "Ayaçço" ilə qarşılıb. Matç "Monako"nun 1:0 hesablı qələbəsi ilə başa çatıb.

"Anderlext" isə Belçika Liqasının 7-ci turunda "Genk"i qəbul edib. Bu oyunda hesab açılmayıb.



13 sentyabr
Fransa Liqası, 5-ci tur

17:00."Ayaçço" - "Monako" - 0:1
Qol:
 Fabinyo, 17-pen (0:1)



İngiltərə Premyer Liqası, 5-ci tur

17:30."Sanderlend" - "Tottenhem" - 0:1
Qol:
 Ryan Mason, 82 (0:1)



Belçika Liqası, 7-ci tur


21:00. "Anderlext" - "Genk" - 0:0

9/05/2015


Prosineçki Malta ilə oyun üçün start heyəti açıqladı
[05.09.2015]
Prosineçki Malta ilə oyun üçün start heyəti açıqladı
Milli komandamızın baş məşqçisi Robert Prosineçki sabah Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Maltaya qarşı keçiriləcək oyun üçün start heyətini açıqlayıb.

İdmannews.blogspot.com-un məlumatına görə, xorvatiyalı mütəxəssis ilk “11-lik”də aşağıdakı futbolçulara şans verəcək:

Kamran Ağayev, Məhəmməd Mirzəbəyov, Rəşad Sadıqov (k), Bədavi Hüseynov, Arif Daşdəmirov, Qara Qarayev, Rahid Əmirquliyev, Dmitri Nazarov, Cavid Tağıyev, Ruslan Qurbanov, Əfran İsmayılov