"Tottenhem"in futbolçusu: "Qarabağ" yaxşı oynadı"
[18.09.2015]![]()
"Tottenhem"in futbolçusu Delle Alli Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a 3:1 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.
İdmannews.blogspot.com-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, inamla oynadıqlarını bildirib: "İlk qolu buraxmağımız pis oldu. Ancaq ümumilikdə yaxşı oyun nümayiş etdirdik". D.Alli bildirib ki, "Qarabağ" onlara çətinlik yaradıb: "Qələbə qazanmaq üçün çox işləməyə məcbur olduq. Qarabağ" zəif rəqib deyildi. Onlar yaxşı oynadılar. Sonun vurduğu qollarda pay sahibi olduğum üçün şadam. Komandama kömək etmək mənə xoşdur". |
Hiç yorum yok:
Yorum Gönder