|
İdmannews.blogspot.com
7/26/2016
Çempionlar Liqasında III mərhələ həyəcanı
[26.07.2016]![]()
Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinə start veriləcək.
İdmannews.blogspot.com-un məlumatına görə, təmsilçimiz "Qarabağ"ın "Viktoriya" ilə görüşüylə yanaşı, bu gün daha 8 qarşılaşma keçiriləcək. Türkiyənin "Fənərbaxça" klubu doğma meydanda Fransa "Monako"sunu sınağa çəkəcək. Bu oyun Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Qeyd edək ki, Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunları avqustun 2 və 3-də keçiriləcək. 26 iyul Çempionlar Liqası, III təsnifat mərhələsinin ilk oyunu 22:00. BATE Borisov (Belarus) – "Dandolk" (İrlandiya) 22:00. "Ludoqorets" (Bolqarıstan) – "Srvena Zvezda" (Serbiya) 22:00. "Partizani" (Albaniya) – "Zalsburq" (Avstriya) 22:00. "Sparta" (Çexiya) – "Styaua" (Rumıniya) 22:15. "Viktoriya" Plzen (Çexiya) – "Qarabağ" (Azərbaycan) 22:30. "Rostov" (Rusiya) – "Anderlext" (Belçika) 22:45. "Ayaks" (Hollandiya) – PAOK (Yunanıstan) 22:45. "Dinamo" (Zaqreb, Xorvatiya) – "Dinamo" (Tiflis, Gürcüstan) 22:45. "Şaxtyor" (Donetsk, Ukrayna) – "Yanq Boys" (İsveçrə) 27 iyul 18:00. "Astana" (Qazaxıstan) – "Seltik" (Şotlandiya) 21:15. "Rusenborq" (Norveç) – APOEL (Kipr) 21:30. "Astra" (Rumıniya) – "Kopenhagen" (Danimarka) 22:30. "Fənərbaxça" (Türkiyə) – "Monako" (Fransa) 22:30. "Trençin" (Slovakiya) – "Legiya" (Polşa) 22:45. "Olimpiakos" (Yunanıstan") – "Hapoel" (Beer-Şeva, İsrail) |
|
"Evdə qələbə qazanmaq istəyirik" – "Viktoriya"nın kapitanı
[26.07.2016]![]()
"Düşünürəm ki, ötən illə müqayisədə hazırda iki dəfə güclüyük. Hər bir uğursuzluq komanda üçün vacibdir. Çünki belədə səhvləri aradan qaldırmaq üçün düşünmək imkanın olur. Ümid edirəm ki, biz bundan düzgün nəticə çıxaracağıq və yolumuza davam edəcəyik".
İdmannews.blogspot.com-un məlumatına görə, bu sözləri "Viktoriya"nın kapitanı Roman Hubnik klubun rəsmi saytına açıqlamasında deyib. Çempionlar Liqasının ilk oyunu çərçivəsində bu gün qarşılaşacaqları "Qarabağ" haqda danışan 32 yaşlı futbolçu iki il öncə Ağdam təmsilçisi ilə keçirdikləri yoxlama görüşünü də xatırlayıb: "İki il öncə "Qarabağ"la keçirdiyimiz yoxlama görüşündə rəqibə uduzmuşduq. Ancaq bu sadəcə yoxlama matçı idi və nəticəsi önəmli deyildi. Həmin matçda mən də iştirak etmişdim. İndi isə hər iki komandanın heyətində dəyişikliklər olub. Biz öz oyunumuzu izləmişik və "Qarabağ"a qarşı necə oynayacağımızı bilirik. Evdə qələbə qazanmaq istəyirik". Qeyd edək ki, bu gün "Dusan Arena"da keçiriləcək "Viktoriya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:15-də başlayacaq. |
"Qarabağ" haqda kifayət qədər məlumatım var"
[26.07.2016]![]()
"Qarabağ"la oyun mənim bu komandada debütüm olacaq. Bu görüş hamımız üçün mühüm əhəmiyyət kəsb edir. Əsas odur ki, əlimizdən gələni edək".
İdmannews.blogspot.com-un məlumatına görə, bu sözləri "Viktoriya"nın baş məşqçisi Roman Pivarnik klubun rəsmi saytına açıqlamasında deyib. Pivarnik Çempionlar Liqasının III təsnifat mərhələsində bu gün qarşılaşacaqları "Qarabağ" haqda kifayət qədər məlumat topladıqlarını bildirib: "Biz komandanı rəqibi məğlub edə bilmək üçün hazırlamağa çalışmışıq. Bizim balanslaşdırılmış heyətimiz var. Əsas heyətdə oynamağa layiqli futbolçularımız çoxdur. Ancaq bunlardan yalnız 11-ni seçməliyik. Biz "Qarabağ"ı təhlil etmişik, onların avrokubok matçlarını izləmişik. Rəqibin son görüşünü canlı izlədim və kifayət qədər məlumata malikəm. "Qarabağ" sabit oynayan komandadır. Öz təcrübəmdən bilirəm ki, azarkeşlər Plzendə önəmli rol oynayır. Burada ab-hava möhtəşəm olur. Mən də səbirsizliklə anşlaq olacağını gözləyirəm". Qeyd edək ki, bu gün "Dusan Arena"da keçiriləcək "Viktoriya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:15-də başlayacaq. |
Qurban Qurbanov: "Cütün favoriti "Viktoriya"dır"
[26.07.2016]![]()
"Viktoriya" tarixi olan klubdur və son illərdə qazandığı uğurlar da göz qabağındadır. Rəqibimiz güclüdür, yaxşı futbolçulara malik komandadır, istənilən halda bu cütlüyün favoriti sayılır".
İdmannews.blogspot.com-un məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov klubun rəsmi saytına açıqlamasında deyib. Çempionlar Liqasının III təsnifat mərhələsində qarşılaşacaqları "Viktoriya" haqda danışan Q.Qurbanov komandasını çətin oyun gözlədiyini bildirib: "Ardıcıl üçüncü ildir ki, bu mərhələdə mübarizə aparırıq. “Viktoriya”nı ötən il Avroliqanın qrup mərhələsində qarşılaşdığımız “Monako”, “Anderlext” və ya “Tottenhem”lə müqayisə etməzdim. Rəqibimiz özünəməxsusluğu ilə seçilir. 2014-cü ildə “Viktoriya" ilə oynadığımız yoxlama oyunundan cəmi 4 futbolçu hazırda komandada çıxış edir. Bizi çətin oyun gözləyir. Komandada baş məşqçi dəyişikliyi olması rəqibin gücünü azaltmır, ötən il də bir neçə tur qalmış çempion olmuşdular. Yeni baş məşqçi ilə belə turnirdə ilk matçlarına çıxacaq, bu baxımdan rəqibin necə oynayacağı gözlənilməzdir. Bu oyuna yaxşı hazırlaşmışıq. İnşallah, xeyirli və uğurlu olan nəticəni qazanmağa çalışacağıq”. Qeyd edək ki, bu gün "Dusan Arena"da keçiriləcək "Viktoriya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:15-də başlayacaq. |
"Qarabağ"dan bəyanat
[26.07.2016]![]()
Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində bu gün keçiriləcək "Viktoriya"- "Qarabağ" oyunu canlı yayımlanmaya bilər.
İdmannews.blogspot.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə Ağdam təmsilçisi rəsmi bəyanat yayıb. Bəyanatda deyilir: "Ötən turda “Düdelanj”la matçda teleyayım olmadığına görə klubumuz təşəbbüsü üzərinə götürərək qarşılaşmanı “youtube” kanalımızla canlı yayımladı. Lakin bu qarşılaşmada teleyayım olacağına görə, “youtube” kanalımızla matçı canlı yayımlamağa rəqib komanda icazə verməyəcək. Hazırda oyunun canlı yayımlanması ilə bağlı heç bir telekanalımız təşəbbüs göstərmir. “Viktoriya” klubundan verilən məlumata görə, Azərbaycandan yayımın icrası ilə bağlı heç bir televiziya kanalından təklif alınmayıb". |
Kaydol:
Kayıtlar (Atom)