
Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinə start veriləcək.
İdmannews.blogspot.com-un məlumatına görə, son Azərbaycan çempionu "Qarabağ" növbəti oyununa çıxacaq.
Qurban Qurbanovun komandası Çexiyada "Viktoriya"nın qonağı olacaq. Ardıcıl üçüncü dəfə ÇL-in III təsnifat mərhələsində oynayacaq Ağdam təmsilçisi "pley-off"a vəsiqə qazanmağa çalışacaq. Bunun üçün səfərdən sərfəli nəticə ilə ayrılmaq lazımdır. "Dusan Arena"da keçiriləcək "Viktoriya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 2-də Bakıda keçiriləcək.
26 iyul
Çempionlar Liqası, III təsnifat mərhələsinin ilk oyunu
22:15. "Viktoriya" (Çexiya) – "Qarabağ" (Azərbaycan) Baş hakim: Aleksandar Stavrev Baş hakimin köməkçiləri: Maryan Kirovski, Deyan Kostadinov Dördüncü hakim: Dimitar Mekarovski (hamısı Makedoniya) Plzen. "Dusan Arena" stadionu
|
Hiç yorum yok:
Yorum Gönder