7/25/2016



Dünya çempionatında 40 komanda
Dünya çempionatında 40 komanda
2026-cı ildə keçiriləcək dünya çempionatı 40 milli komanda ilə təşkil olunacaq.
Idmannews.blogspot.com-un xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə FİFA prezidenti Canni İnfantino məlumat verib:
"2026-cı ildə keçiriləcək dünya çempionatında 40 milli komanda iştirak edəcək. Bununla da Afrika və digər ölkələr jest etmiş olacağıq".
C.İnfantino qeyd edib ki, artacaq olacaq  səkkiz millinin ikisi Afrika ölkələrindən olmalıdır:
"Bu mənim təklifimdir. Ancaq mən diktator deyiləm. Bununla bağlı digər şəxslərlə danışacam".
Qeyd edək ki, C.İnfantino bundan əvvəl DÇ-2026-nın 40 milli komanda ilə təşkil oluna biləcəyini söyləmişdi.
Xatırladaq ki, dünya çempionatının final mərhələsinin mövcüd formatına əsasən, yarışda 32 milli komanda mübarizə aparır.

Hiç yorum yok:

Yorum Gönder