|
7/26/2016
Çempionlar Liqasında III mərhələ həyəcanı
[26.07.2016]![]()
Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinə start veriləcək.
İdmannews.blogspot.com-un məlumatına görə, təmsilçimiz "Qarabağ"ın "Viktoriya" ilə görüşüylə yanaşı, bu gün daha 8 qarşılaşma keçiriləcək. Türkiyənin "Fənərbaxça" klubu doğma meydanda Fransa "Monako"sunu sınağa çəkəcək. Bu oyun Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Qeyd edək ki, Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunları avqustun 2 və 3-də keçiriləcək. 26 iyul Çempionlar Liqası, III təsnifat mərhələsinin ilk oyunu 22:00. BATE Borisov (Belarus) – "Dandolk" (İrlandiya) 22:00. "Ludoqorets" (Bolqarıstan) – "Srvena Zvezda" (Serbiya) 22:00. "Partizani" (Albaniya) – "Zalsburq" (Avstriya) 22:00. "Sparta" (Çexiya) – "Styaua" (Rumıniya) 22:15. "Viktoriya" Plzen (Çexiya) – "Qarabağ" (Azərbaycan) 22:30. "Rostov" (Rusiya) – "Anderlext" (Belçika) 22:45. "Ayaks" (Hollandiya) – PAOK (Yunanıstan) 22:45. "Dinamo" (Zaqreb, Xorvatiya) – "Dinamo" (Tiflis, Gürcüstan) 22:45. "Şaxtyor" (Donetsk, Ukrayna) – "Yanq Boys" (İsveçrə) 27 iyul 18:00. "Astana" (Qazaxıstan) – "Seltik" (Şotlandiya) 21:15. "Rusenborq" (Norveç) – APOEL (Kipr) 21:30. "Astra" (Rumıniya) – "Kopenhagen" (Danimarka) 22:30. "Fənərbaxça" (Türkiyə) – "Monako" (Fransa) 22:30. "Trençin" (Slovakiya) – "Legiya" (Polşa) 22:45. "Olimpiakos" (Yunanıstan") – "Hapoel" (Beer-Şeva, İsrail) |
|
"Evdə qələbə qazanmaq istəyirik" – "Viktoriya"nın kapitanı
[26.07.2016]![]()
"Düşünürəm ki, ötən illə müqayisədə hazırda iki dəfə güclüyük. Hər bir uğursuzluq komanda üçün vacibdir. Çünki belədə səhvləri aradan qaldırmaq üçün düşünmək imkanın olur. Ümid edirəm ki, biz bundan düzgün nəticə çıxaracağıq və yolumuza davam edəcəyik".
İdmannews.blogspot.com-un məlumatına görə, bu sözləri "Viktoriya"nın kapitanı Roman Hubnik klubun rəsmi saytına açıqlamasında deyib. Çempionlar Liqasının ilk oyunu çərçivəsində bu gün qarşılaşacaqları "Qarabağ" haqda danışan 32 yaşlı futbolçu iki il öncə Ağdam təmsilçisi ilə keçirdikləri yoxlama görüşünü də xatırlayıb: "İki il öncə "Qarabağ"la keçirdiyimiz yoxlama görüşündə rəqibə uduzmuşduq. Ancaq bu sadəcə yoxlama matçı idi və nəticəsi önəmli deyildi. Həmin matçda mən də iştirak etmişdim. İndi isə hər iki komandanın heyətində dəyişikliklər olub. Biz öz oyunumuzu izləmişik və "Qarabağ"a qarşı necə oynayacağımızı bilirik. Evdə qələbə qazanmaq istəyirik". Qeyd edək ki, bu gün "Dusan Arena"da keçiriləcək "Viktoriya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:15-də başlayacaq. |
"Qarabağ" haqda kifayət qədər məlumatım var"
[26.07.2016]![]()
"Qarabağ"la oyun mənim bu komandada debütüm olacaq. Bu görüş hamımız üçün mühüm əhəmiyyət kəsb edir. Əsas odur ki, əlimizdən gələni edək".
İdmannews.blogspot.com-un məlumatına görə, bu sözləri "Viktoriya"nın baş məşqçisi Roman Pivarnik klubun rəsmi saytına açıqlamasında deyib. Pivarnik Çempionlar Liqasının III təsnifat mərhələsində bu gün qarşılaşacaqları "Qarabağ" haqda kifayət qədər məlumat topladıqlarını bildirib: "Biz komandanı rəqibi məğlub edə bilmək üçün hazırlamağa çalışmışıq. Bizim balanslaşdırılmış heyətimiz var. Əsas heyətdə oynamağa layiqli futbolçularımız çoxdur. Ancaq bunlardan yalnız 11-ni seçməliyik. Biz "Qarabağ"ı təhlil etmişik, onların avrokubok matçlarını izləmişik. Rəqibin son görüşünü canlı izlədim və kifayət qədər məlumata malikəm. "Qarabağ" sabit oynayan komandadır. Öz təcrübəmdən bilirəm ki, azarkeşlər Plzendə önəmli rol oynayır. Burada ab-hava möhtəşəm olur. Mən də səbirsizliklə anşlaq olacağını gözləyirəm". Qeyd edək ki, bu gün "Dusan Arena"da keçiriləcək "Viktoriya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:15-də başlayacaq. |
Qurban Qurbanov: "Cütün favoriti "Viktoriya"dır"
[26.07.2016]![]()
"Viktoriya" tarixi olan klubdur və son illərdə qazandığı uğurlar da göz qabağındadır. Rəqibimiz güclüdür, yaxşı futbolçulara malik komandadır, istənilən halda bu cütlüyün favoriti sayılır".
İdmannews.blogspot.com-un məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov klubun rəsmi saytına açıqlamasında deyib. Çempionlar Liqasının III təsnifat mərhələsində qarşılaşacaqları "Viktoriya" haqda danışan Q.Qurbanov komandasını çətin oyun gözlədiyini bildirib: "Ardıcıl üçüncü ildir ki, bu mərhələdə mübarizə aparırıq. “Viktoriya”nı ötən il Avroliqanın qrup mərhələsində qarşılaşdığımız “Monako”, “Anderlext” və ya “Tottenhem”lə müqayisə etməzdim. Rəqibimiz özünəməxsusluğu ilə seçilir. 2014-cü ildə “Viktoriya" ilə oynadığımız yoxlama oyunundan cəmi 4 futbolçu hazırda komandada çıxış edir. Bizi çətin oyun gözləyir. Komandada baş məşqçi dəyişikliyi olması rəqibin gücünü azaltmır, ötən il də bir neçə tur qalmış çempion olmuşdular. Yeni baş məşqçi ilə belə turnirdə ilk matçlarına çıxacaq, bu baxımdan rəqibin necə oynayacağı gözlənilməzdir. Bu oyuna yaxşı hazırlaşmışıq. İnşallah, xeyirli və uğurlu olan nəticəni qazanmağa çalışacağıq”. Qeyd edək ki, bu gün "Dusan Arena"da keçiriləcək "Viktoriya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:15-də başlayacaq. |
"Qarabağ"dan bəyanat
[26.07.2016]![]()
Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində bu gün keçiriləcək "Viktoriya"- "Qarabağ" oyunu canlı yayımlanmaya bilər.
İdmannews.blogspot.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə Ağdam təmsilçisi rəsmi bəyanat yayıb. Bəyanatda deyilir: "Ötən turda “Düdelanj”la matçda teleyayım olmadığına görə klubumuz təşəbbüsü üzərinə götürərək qarşılaşmanı “youtube” kanalımızla canlı yayımladı. Lakin bu qarşılaşmada teleyayım olacağına görə, “youtube” kanalımızla matçı canlı yayımlamağa rəqib komanda icazə verməyəcək. Hazırda oyunun canlı yayımlanması ilə bağlı heç bir telekanalımız təşəbbüs göstərmir. “Viktoriya” klubundan verilən məlumata görə, Azərbaycandan yayımın icrası ilə bağlı heç bir televiziya kanalından təklif alınmayıb". |
Premyer Liqamızda yay transferləri (YENİLƏNİR)
[26.07.2016]![]()
Klublarımızın Topaz Premyer Liqasının 2016/2017 mövsümü üçün transferləri
“Qarabağ” Gələnlər: Tərlan Quliyev, Namiq Ələsgərov (hər ikisi “Kəpəz”dən icarədən qayıdıblar), Arif Daşdəmirov (“Qəbələ”) Gedənlər: Tərlan Quliyev (“İnter”), Fərhad Vəliyev (“Sumqayıt”), Samuel Armenteros Müqavilə müddətini artıranlar: Migel Madera, Əfran İsmayılov, İlqar Qurbanov, Ansi Aqolli, Muarem Muarem “Zirə” Gələnlər: Tural Cəlilov ("Xəzər Lənkəran"), Yamin Ağakərimzadə ("Rəvan"), Murad Səttarlı (AZAL), Cəmil Hacıyev ("Sumqayıt"), Cerhard Proqni ("Skenderbeu", Albaniya), Yasin Həmid ("Rəvan"), Milan Duriç ("İstra", Xorvatiya), Migel Lorenzo Gedənlər: Nicat Qurbanov ("Kəpəz"), Tərzin Cahangirov, Sadiq Quliyev (hər ikisi “Qəbələ”: icarə müddəti başa çatıb), Rəşad Abdullayev, Ruslan Poladov, Çimezi Mbah, Dieqo Souza, Luis Alberto Diez, Nelson Bonilla ("Nasional", Portuqaliya) Müqavilə müddətini artıranlar: Kamal Bayramov, Aleksandr Şemonayev, Elvin Məmmədov, Anar Nəzirov, Nurlan Novruzov (“Bakı”: icarəyə), Vüqar Mustafayev (“Qarabağ”: icarəyə), Tellur Mütəllimov ("Qəbələ": icarəyə), Yovan Krneta “Qəbələ” Gələnlər: Tərzin Cahangirov, Sadiq Quliyev (hər ikisi “Zirə”dən icarədən qayıdıblar), Nika Kvekveskiri ("İnter"), Filip Ozobiç ("Slaven", Xorvatiya), Teo Luis Uiks ("Ermis", Kipr), Baqali Dabo ("Kretey", Fransa) Gedənlər: Samir Zərgərov (“İnter”), Arif Daşdəmirov (“Qarabağ”), Ermin Zets, Aleksey Qay, Ruslan Abışov, Pavel Paşayev, Andrey Popoviç, Yusif Nəbiyev ("Sumqayıt"a icarəyə verilib) Müqavilə müddətini artıranlar: Dmitri Bezotosnı, Asif Məmmədov, Rəşad Sadiqov “İnter” Gələnlər: Slavik Alxasov, Ağabala Ramazanov, Səlahət Ağayev, Pərdis Fərcad-Azad (hamısı “Sumqayıt”), Samir Zərgərov (“Qəbələ”), Tərlan Quliyev (“Qarabağ”), Adrian Skarlatake (“Astra”, Rumıniya), Məmməd Quliyev (“Rəvan”), Orxan Sadıqlı, ("Xəzər Lənkəran"), Ruslan Abışov ("Qəbələ") Gedənlər: Elşən Poladov, Kamran Ağayev, Laşa Kasradze, Laşa Salukvadze, Vüqar Nadirov, Yuri Fomenko, Nika Kvekveskirinin Müqavilə müddətini artıranlar: Şahin Zəkiyev, Sərtan Taşkın, Aqşin Quluzadə, Mirhüseyn Seyidov, Nizami Hacıyev, Elnur Abdullayev, Denis Silva, Abbas Hüseynov, Mirsahib Abbasov, İlkin Qırtımov, Rauf Əliyev, Fuad Bayramov “Kəpəz” Gələnlər: Tural Qürbətov, Vüqar Bəybalayev (hər ikisi “Xəzər Lənkəran”), Novruz Məmmədov ("Rəvan"), Nicat Qurbanov ("Zirə"), Davud Kərimi ("Ağsu"), Renan da Silva Alves, Serjio Manuel Kosta Karneyro Gedənlər: Tərlan Quliyev, Namiq Ələsgərov (“Qarabağ”: icarə müddəti başa çatıb), Elvin Cəbrayıllı, Junior Osvaldo, Bəxtiyar Soltanov, Xəzər Qəribov, Budaq Nəsirov ("Sumqayıt": icarə müddəti başa çatıb) Müqavilə müddətini artıranlar: Şəhriyar Əliyev ("Qarabağ": icarəyə), Julien Ebah, Tadas Simaitis, Eyyub Əliyev, Tural Axundov, Tural Nərimanov, Azad Kərimov, Şəhriyar Rəhimov, Orxan Əliyev, Ceyhun Cavadov, Kərim Diniyev, Tural Rzayev “Neftçi” Gələnlər: Murad Ağayev ("Sumqayıt"), Vançe Şikov “Avstriya” (Avstriya), Dario Melnyak ("Lokeren", Belçika), Edson Kastilyo ("Mineros", Venesuela) Gedənlər: Erik Ramos, Aqil Məmmədov, Salas Quinta Antonio (Anyete), Nikolas Kanales, Xuan Alberto Melli, Mirabdulla Abbasov ("Sumqayıt"a icarəyə verilib) Müqavilə müddətini artıranlar: Jairo Filyo Rodriges AZAL Gələnlər: Aqil Məmmədov("Neftçi") Gedənlər: Murad Səttarlı ("Zirə"), Stanislav Namaşko ("Levadiakos", Yunanıstan) Müqavilə müddətini artıranlar: yoxdu “Sumqayıt” Gələnlər: Fərhad Vəliyev (“Qarabağ”), Budaq Nəsirov, (icarədən qayıdıb), Ruslan Tağızadə ("Rəvan"), Kamran Abdullazadə ("Xəzər Lənkəran"), Əli Həsənli ("Neftçala"), Mirabdulla Abbasov ("Neftçi"dən icarəyə götürülüb), Rail Məlikov (AZAL), Vadim Abdullayev ("Qəbələ"), Vaquf Güləliyev ("Xəzər Lənkəran"), Yusif Nəbiyev ("Qəbələ"dən icarəyə götürülüb) Gedənlər: Slavik Alxasov, Ağabala Ramazanov, Səlahət Ağayev, Pərdis Fərcad-Azad (hamısı “İnter”), Tofiq Mikayılov (“Neftçala”), Budaq Nəsirov ("Sportinq", Portuqaliya) Müqavilə müddətini artıranlar: Bəxtiyar Həsənalızadə, Vurğun Hüseynov, Amil Yunanov, Amit Quluzadə, Tərlan Əhmədli, Amil Yunanov, Vaqif Cavadov Qeyd edək ki, iyunun 9-da açılan yay transfer pəncərəsi avqustun 31-də bağlanacaq. |
7/25/2016
|
|
Əliyar Ağayevin idarə etdiyi finalda darmadağın (VİDEO)
[25.07.2016]![]()
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev 19 yaşadək futbolçular arasında Avropa çempionatının final matçını idarə edib.
İdmannews.blogspot.com-un məlumatına görə, həlledici qarşılaşmada Fransa və İtaliya yığmaları üz-üzə gəlib. Almaniyanın Zinshaym şəhərindəki "Rhein-Neckar-Arena”da keçirilmiş qarşılaşma Fransa millisinin böyük hesablı qələbəsi ilə başa çatıb - 4:0. Əliyar Ağayev 2 dəfə fransızları, 5 dəfə isə italyanları sarı vərəqə ilə cəzalandırıb. |
Kaydol:
Kayıtlar (Atom)