5/31/2015

Kamran Ağayevin qaranlıq taleyi

Kamran Ağayevin qaranlıq taleyi


Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayevin Türkiyə "Kayserispor"undakı taleyi yeni baş məşqçidən asılı olacaq. Sportnet.az-ın "İhlas" agentliyinə istinadən məlumatına görə, 29 yaşlı qolkiperlə qışda bağlanılmış yarım illik müqavilə bu gün başa çatır. 

Hazırda Ağayevdən əlavə, 12 futbolçu yeni müqavilə təklifi gözləyir. Amma rəhbərlik onların heç biri ilə danışıqlara başlamayıb. Bu isə komandaya yeni baş məşqçinin hələ təyin olunmaması ilə əlaqədardır. 

Qeyd edək ki, "Kayserispor" rəhbərliyi komandaya Türkiyə I Liqasında çempionluq qazandırmasına rəğmən, baş məşqçi Cüneyt Dumlupınarla yollarını ayırıb. Hazırda klub prezidenti Hilmi Derinel bir neçə namizədlə danışıqlar aparır. Bunlar Şota Arveladze, Tolunay Kafkas və Məsut Bakkaldır. 

Türkiyə millisinin heyəti açıqlandı

Türkiyə millisinin heyəti açıqlandı


Türkiyə milli komandasının Bolqarıstan və Qazaxıstan yığmaları ilə keçirəcəyi matçlar üçün heyəti açıqlanıb. Sportnet.az-ın məlumatına görə, baş məşqçi Fatih Terim qarşıdakı oyunlara 27 futbolçu dəvət edib.

Onlardan 6-sı "Qalatasaray"dan, 5-ci "Bursaspor"dan, 4-ü "Fənərbağça"dan, 3-ü "Beşiktaş"dandır. 

Qapıçılar: Volkan Babacan, Ali Şaşal Vural, Hayrullah Mert Akyüz

Müdafiəçilər: Gökhan Gönül, Şener Özbayraklı, Serdar Aziz, Hakan Kadir Balta, Mahmut Tekdemir, Semih Kaya, Hasan Ali Kaldırım, Emre Taşdemir

Yarımmüdafiəçilər: Volkan Şen, Gökhan Töre, Hakan Çalhanoğlu, Mehmet Ekici, Selçuk İnan, Mehmet Topal, Ozan Tufan, Oğuzhan Özyakup, Alper Potuk, Arda Turan, Olcay Şahan, Yasin Öztekin

Hücumçular: Umut Bulut, Muhammet Demir, Mevlüt Erdinç, Burak Yılmaz.

Qeyd edək ki, iyunun 8-də İstanbulda Bolqarıstanla yoldaşlıq görüşü keçirəcək Türkiyə millisi bundan 4 gün sonra Almatıda Qazaxıstanla AVRO-2016-nın seçmə qrup matçına çıxacaq

Muslera finalda oynamayacaq
AAA

[31.05.2015]
Muslera finalda oynamayacaq
"Qalatasaray"  qapıçısı Fernando Muslera "Bursaspor"a qarşı Türkiyə kubokunun final matçını buraxacaq.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, buna səbəb uruqvaylı qolkiperin Çili ilə oyun üçün milliyə çağırılmasıdır. O, iyunun 1-də Uruqvay millisinin düşərgəsində olmalıdır.
Qeyd edək ki, "Qalatasaray" - "Bursaspor" qarşılaşması iyunun 3-ü keçiriləcək.


Əziz Yıldırım "Fənrbaxça"nın prezidenti seçildi
AAA

[31.05.2015]
Əziz Yıldırım  "Fənrbaxça"nın  prezidenti seçildi
"Fənərbaxça" klubunda növbəti prezident seçkisi keçirilib.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, Aziz Yıldırım  yenidən bu vəzifəyə seçilib. O, 5504 səs yığıb.
Digər namizəd Hulusi Belgü isə 1144 səs toplayıb.
Bununla da Ə.Yıldırım 12-ci dəfə klub prezidenti olub.
Qeyd edək ki, Aziz Yıldırım 1998-ci ildən  "Fənərbaxça"ya rəhbərlik edir.


"Real" Benitezə həvalə olundu - rəsmi
AAA

[31.05.2015]
"Real" Benitezə həvalə olundu - rəsmi
Yeni mövsümdən "Real"ı "Napoli"nin  sabiq baş məşqçisi Rafael Benitez çalışdıracaq.
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə Madrid klubunun vitse-prezidenti Eduardo Fernandes de Blas məlumat verib:
"Ançelottiyə böyük hörmətim var. Ancaq o, istefaya göndərilənə kimi dünyanın ən yaxşı baş məşqçisi hesab olunurdu. Yeni mövsümdən etibarən "Real"ı Rafael Benitez çalışdıracaq və o, dünyanın ən yaxşı baş məşqçisi sayılacaq".


2014/2015 mövsümü: 143 oyun, 351 qol
AAA

[31.05.2015]
2014/2015 mövsümü: 143 oyun, 351 qol
Azərbaycan Premyer Liqasının sonuncu – 36-cı turunda mövsümün 350-ci qolu vurulub.

Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə,  yubiley qoluna “Neftçi”nin futbolçusu Elşən Abdullayev imza atıb.

O, AZAL-la paytaxt derbisində hesabı açmaqla buna nail olub. Həmin qarşılaşmada Nicat Qurbanovun vurduğu top isə mövsümdə sonuncu olub.

Mövsümün ilk qolunu 2014-cü il avqustun 9-da “Xəzər Lənkəran”da çıxış edən Rauf Əliyev AZAL-ın qapısına vurmuşdusa, sonuncu topu paytaxt təmsilçisinin özü rəqib qapısından keçirib.

351 qolun vurulduğu 143 oyunda orta məhsuldarlıq 2,45-ə bərabər olub.


İnyesta "Yuventus"la oyunu buraxa bilər
AAA

[31.05.2015]
İnyesta "Yuventus"la oyunu buraxa bilər
“Barselona”nın yarımmüdafiəçisi Andreas İnyesta “Atletik”ə qarşı keçirilən  ölkə kubokunun final matçında zədə alıb.

Qol.Az-ın məlumatına görə, oyunun 54-cü dəqiqəsində xəsarət alan futbolçu əvəzlənməli olub.

Görüşdən sonra "Barselona"nın baş məşqçisi Luis Enrike İnyestanın özünü yaxşı hiss etmədiyini deyib.

Kapitanın zədəsi ciddi olsa, o, Çempionlar Liqasının finalında “Yuventus”a qarşı keçiriləcək matçda meydana çıxa bilməyəcək.

Qeyd edək ki, final oyunu iyunun 6-da baş tutacaq.


Avropa oyunlarının məşəli Sumqayıtda (FOTOLAR)
AAA

[31.05.2015]
Avropa oyunlarının məşəli Sumqayıtda (FOTOLAR)
“Bakı-2015” ilk Avropa Oyunlarının məşəli ölkəmizi qarış-qarış gəzməkdə davam edir. Məşəl estafetinin növbəti ünvanı Sumqayıt olub.

Qol.Az-ın “Azərtac”a istinadən yaydığı xəbərə görə, ilk Avropa Oyunlarının məşəli Sumqayıtda coşqu ilə qarşılanıb. Minlərlə sumqayıtlı şəhərin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsi önündə Oyunların bayramsayağı bəzədilən rəmzi qapısında məşəlin qarşılanması mərasimini böyük sevinclə izləyib.

Məşəli sumqayıtlı gənc fəal Elvin Dadaşov qəbul etdi. Sonra 10 nəfər məşəli növbə ilə bir-birinə ötürərək yolboyu düzülən sumqayıtlıların alqışları altında Heydər Əliyev prospekti, Sülh, Səməd Vurğun küçələri, Azadlıq prospektindən keçməklə Bayraq Meydanına gəliblər.

Azərbaycanın şahmat üzrə qadınlardan ibarət milli komandasının kapitanı, beynəlxalq dərəcəli qrossmeyster Zeynəb Məmmədyarova burada quraşdırılan səhnəyə qalxaraq məşəli alovlandırıb. Sonra birinci Avropa Oyunlarının çırağı yandırıldı və yarışlar başa çatanadək saxlanılmaq üçün şəhərə təhvil verilib.

Birinci Avropa Oyunlarının məşəlinin Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.

Sumqayıt səfərini başa vuran “Bakı-215”-in məşəli Xızı rayonuna yola salınıb.



































"İnter" evdə, "Qarabağ" səfərdə güclüdür
AAA

[31.05.2015]
"İnter" evdə, "Qarabağ" səfərdə güclüdür
Azərbaycan  Premyer Liqasının 2014/15 mövsümündə 9 komandadan 8-i öz meydanında daha yaxşı çıxış edib.

Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu komandalar evdə daha çox xal toplayıb, nəinki səfərdə.

Yalnız “Qəbələ” rəqib meydanlarında daha yaxşı nəticə göstərib.
Ümumiyyətlə isə “İnter” öz meydanında ən yaxşı nəticəyə malikdir.

“Qarabağ” kimi cəmi bir dəfə uduzan “bakılılar” daha çox xal toplayıb. Ağdamlılar isə səfərdə daha böyük üstünlüyə malik olub.


Evdə

1.
İnter
16
12
3
1
39 - 7 
39
2.
Qarabağ
16
11
4
1
24 - 10
37
3.
Simurq
16
9
2
5
29 - 17
29
4.
Xəzər Lənkəran
16
7
5
4
25 - 17
26
5.
Neftçi
16
7
5
4
20 - 15
26
6.
Qəbələ
16
6
6
4
23 - 17
24
7.
AZAL
16
5
6
5
24 - 23
21
8.
Sumqayıt
16
5
5
6
15 - 13
20
9.
Bakı
16
2
4
10
10 - 26
10
10.
Araz-Naxçıvan
0
0
0
0
  0 - 0 
0





Səfərdə

1.
Qarabağ
16
9
4
3
27 - 18
31
2.
Qəbələ
16
9
3
4
23 - 18
30
3.
İnter
16
5
9
2
16 - 13
24
4.
Neftçi
16
6
5
5
18 - 18
23
5.
AZAL
16
5
3
8
13 - 19
18
6.
Sumqayıt
16
2
5
9
17 - 30
11
7.
Simurq
16
2
4
10
12 - 22
10
8.
Bakı
16
1
4
11
  9 - 42
7
9.
Xəzər Lənkəran
16
1
3
12
10 - 29
6
10.
Araz-Naxçıvan
0
0
0
0
  0 - 0 
0


“Hamı “Nefçi”nin problemlərindən danışır, ancaq...” – Qurban Qurbanov
AAA

[31.05.2015]
“Hamı “Nefçi”nin problemlərindən danışır, ancaq...” – Qurban Qurbanov
“Hər bir turnirdə uğur əldə etmək istəyirik. Əlimizə yaxşı şans düşüb ki, çempion olduqdan sonra ölkə kubokunu da qazanaq”.
Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərlə söhbətində “Neftçi” ilə keçiriləcək kubokun final matçı haqda danışarkən deyib.

“Unutmayaq ki, “Neftçi”yə qarşı oynayacağıq. Hansı ki, bu komanda daha çox kubok sahibi olub. Düzdür, rəqibimiz çempionatda 4-cü yeri tutdu, ancaq bəlkə də onlar bizdən daha istəklidir” – deyə o qeyd edib.

Q.Qurbanov “Neftçi”ilə oyuna görə çox narahat olduğunu bildirib:

“Bu oyundan çox ehtiyat edirəm. Çünki “Neftçi” finala tam başqa cür hazırlaşır. Bu gün hamı “Neftçi”nin problemlərindən danışır. Ancaq bu, üzdə belə ola bilər. Pərdəarxası, görmədiyimiz məqamlar var. İlk dəqiqələrdən bizi hər hansı bir sürpriz gözləyə bilər. Tamamilə başqa bir “Neftçi” görə bilərik. Bu oyun mənim üçün qaranlıq bir qarşılaşmadır. Bəlkə də hansısa məqamlarda öz oyunumizdan ələ çəkməliyik ki, nəticə əldə edək”.      


PSJ Fransa kubokunu qazandı
AAA

[31.05.2015]
PSJ Fransa kubokunu qazandı (VİDEO)
Fransa kubokunda 2014/2015 mövsümünün qalibi müəyyənləşib.

Qol.Az-ın məlumatına görə, final matçında "Oser" və PSJ qarşılaşıb.
Matçın taleyini bir qol həll edib. Edinson Kavaninin görüşün 64-cü dəqiqəsində vurduğu qol Paris təmsilçisinə kubok qazandırıb - 1:0.
"Barselona"nın kubok zəfəri (VİDEO)
AAA

[31.05.2015]
"Barselona"nın kubok zəfəri (VİDEO)
İspaniya kubokunun finalında "Atletik" (Bilbao) klubunu 3:1 hesabı ilə məğlub edən "Barselona" mövsümdə ikinci titulunu qazanıb.


İspaniya kubokunu "Barselona" qazandı
AAA

[31.05.2015]
İspaniya kubokunu "Barselona" qazandı
Bu gecə İspaniya kubokunda 2014/2015 mövsümünün qalibi müəyyənləşib.
Qol.Az-ın məlumatına görə, final matçında "Atletik" (Bilbao) - "Barselona" komandaları üz-üzə gəlib.
La Liqanın qalibi olan Kataloniya təmsilçisi mövsümdə ikinci kubokunu qazanıb. Rəqibinə 3:1 hesabı ilə qalib gələn Kataloniya təmsilçisi fəxri mükafata sahib çıxıb.

Çempionlar Liqasının finalında olan "Barselona" mövsümdə daha bir titul qazana bilər. Luis Enrikenin komandası həlledici görüşdə "Yuventus"u məğlub edəcəyi təqdirdə 2014/2015 mövsümünü üç kubokla başa vuracaq.  
Qeyd edək ki, bu komandalar sonuncu dəfə 2011/2012 mövsümündə kubokunda finalında qarşılaşıblar. Həmin görüşdə rəqibinə 3:0 hesabı ilə qalib gələn "Barselona" kuboku başıüzərinə qaldırmışdı.


31 may
İspaniya kuboku, final
00:30. "Atletik" (Bilbao) - "Barselona" - 1:3
Qollar: Messi, 20 (0:1), Neymar, 36 (0:2), Messi, 74 (0:3), Vilyams, 79 (1:3)


"Qarabağ"ın Çempionlar Liqasındakı bütün potensial rəqibləri
AAA

[31.05.2015]
"Qarabağ"ın Çempionlar Liqasındakı bütün potensial rəqibləri
2015/2016 mövsümündə ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın II təsnifat mərhələsindəki bütün potensial rəqibləri müəyyənləşib.

Qol.Az-ın məlumatına görə, Ağdam təmsilçisinin son iki potensial rəqibi Bosniya və Herseqovinanın "Sarayevo" və Çernoqoriyanın "Rudar" komandası olub

Azərbaycan çempionu iyunun 22-də baş tutacaq püşkatma zamanı səpələnmişlər səbətində yer alacaq. Bu isə o deməkdir ki, təmsilçimiz II təsnifat mərhələsində nisbətən zəif komandalarla qarşılaşacaq.

Qeyd edək ki, Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları 14-15 iyulda, cavab qarşılaşmaları isə 21-22 iyul tarixlərində keçiriləcək.

II təsnifat mərhələsi

Səpələnmişlər:

"Seltik" (Şotlandiya), APOEL (Kipr), BATE (Belarus), "Ludoqorets" (Bolqarıstan), "Dinamo" (Zaqreb, Xorvatiya), "Maribor" (Sloveniya), "Makkabi" (Təl-Əviv, İsrail), "Partizan" (Serbiya), "Malmö" (İsveç),"Qarabağ" (Azərbaycan), HİK (Finladniya), "Molde" (Norveç), "Mitdilland" (Danimarka), "Videoton" (Macarıstan), "Skenderbeu" (Albaniya), Polşa çempionu ("Lex" və ya "Legiya")
Səpələnməmişlər:
"Ventspils" (Latviya), "Dila" (Gürcüstan), "Trençin" (Slovakiya), "Jalgiris" (Litva), "Astana" (Qazaxıstan), "Milsami" (Moldova), "Vardar" (Makedoniya), "Styarnan" (İslandiya), "Fola" (Lüksemburq), "Dandalk" (İrlandiya), "Hibernians" (Malta), "Sarayevo" (Bosniya və Herseqovina), "Rudar" (Çernoqoriya)