5/31/2015



“Hamı “Nefçi”nin problemlərindən danışır, ancaq...” – Qurban Qurbanov
AAA

[31.05.2015]
“Hamı “Nefçi”nin problemlərindən danışır, ancaq...” – Qurban Qurbanov
“Hər bir turnirdə uğur əldə etmək istəyirik. Əlimizə yaxşı şans düşüb ki, çempion olduqdan sonra ölkə kubokunu da qazanaq”.
Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərlə söhbətində “Neftçi” ilə keçiriləcək kubokun final matçı haqda danışarkən deyib.

“Unutmayaq ki, “Neftçi”yə qarşı oynayacağıq. Hansı ki, bu komanda daha çox kubok sahibi olub. Düzdür, rəqibimiz çempionatda 4-cü yeri tutdu, ancaq bəlkə də onlar bizdən daha istəklidir” – deyə o qeyd edib.

Q.Qurbanov “Neftçi”ilə oyuna görə çox narahat olduğunu bildirib:

“Bu oyundan çox ehtiyat edirəm. Çünki “Neftçi” finala tam başqa cür hazırlaşır. Bu gün hamı “Neftçi”nin problemlərindən danışır. Ancaq bu, üzdə belə ola bilər. Pərdəarxası, görmədiyimiz məqamlar var. İlk dəqiqələrdən bizi hər hansı bir sürpriz gözləyə bilər. Tamamilə başqa bir “Neftçi” görə bilərik. Bu oyun mənim üçün qaranlıq bir qarşılaşmadır. Bəlkə də hansısa məqamlarda öz oyunumizdan ələ çəkməliyik ki, nəticə əldə edək”.      

Hiç yorum yok:

Yorum Gönder