
Azərbaycan Premyer Liqasının sonuncu – 36-cı turunda mövsümün 350-ci qolu vurulub.
Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, yubiley qoluna “Neftçi”nin futbolçusu Elşən Abdullayev imza atıb.
O, AZAL-la paytaxt derbisində hesabı açmaqla buna nail olub. Həmin qarşılaşmada Nicat Qurbanovun vurduğu top isə mövsümdə sonuncu olub.
Mövsümün ilk qolunu 2014-cü il avqustun 9-da “Xəzər Lənkəran”da çıxış edən Rauf Əliyev AZAL-ın qapısına vurmuşdusa, sonuncu topu paytaxt təmsilçisinin özü rəqib qapısından keçirib.
351 qolun vurulduğu 143 oyunda orta məhsuldarlıq 2,45-ə bərabər olub.
|
Hiç yorum yok:
Yorum Gönder