
“Barselona”nın yarımmüdafiəçisi Andreas İnyesta “Atletik”ə qarşı keçirilən ölkə kubokunun final matçında zədə alıb.
Qol.Az-ın məlumatına görə, oyunun 54-cü dəqiqəsində xəsarət alan futbolçu əvəzlənməli olub.
Görüşdən sonra "Barselona"nın baş məşqçisi Luis Enrike İnyestanın özünü yaxşı hiss etmədiyini deyib.
Kapitanın zədəsi ciddi olsa, o, Çempionlar Liqasının finalında “Yuventus”a qarşı keçiriləcək matçda meydana çıxa bilməyəcək.
Qeyd edək ki, final oyunu iyunun 6-da baş tutacaq.
|
Hiç yorum yok:
Yorum Gönder