8/28/2015


"Qarabağ" və "Qəbələ"nin rəqibləri müəyyənləşir (YENİLƏNİR)
AAA

[28.08.2015]
"Qarabağ" və "Qəbələ"nin rəqibləri müəyyənləşir (YENİLƏNİR)
Bu gün Fransanın Monako şəhərində Avropa Liqasının qrup mərhələsinin püşkü atılacaq.

İdmannews.blogspot.com-un məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirinin qrup mərhələsində Azərbaycan ilk dəfə olaraq iki klubla təmsil olunacaq.
"Qəbələ" "Panatinaikos" (Yunanıstan) səddini keçməklə tarixində ilk dəfə qrup mərhələsində oynamaq hüququ əldə edib. "Qarabağ" isə "Yanq Boyz" (İsveçrə) klubunu mübarizədən kənarlaşdırmaqla bu hüquqa yiyələnib.

Hər iki klubumuz püşk zamanı 4-cü səbətdə yer alacaq. Bu isə o deməkdir ki, həm "Qarabağ"a, həm də "Qəbələ"yə qrup mərhələsində nisbətən güclü komandalar rəqib olacaq.

Püşkdə iştirak edəcək 48 komanda hərəsində 4 klub olmaqla 12 qrupa bölünəcək. Həmin 48 komandadan 22-i Avropa Liqasında pley-off mərhələsinin qalibi, 10-u isə Çempionlar Liqasının "pley-off"unda mübarizəni dayandıran klublar olacaq. Qalan 16 komanda isə qrup mərhələsinə birbaşa qatılacaq.
Qeyd edək ki, qrup mərhələsinin oyunları 17 sentyabr, 1-22 oktyabr, 5-26 noyabr və 10 dekabr tarixlərində keçiriləcək.




1-ci səbət: "Şalke" (Almaniya), "Borussiya" (Dortmund, Almaniya), "Bazel" (İsveçrə), "Napoli" (İtaliya), "Tottenhem" (İngiltərə),  "Ayaks" (Hollandiya), "Vilyareal" (İspaniya), "Rubin" (Rusiya), "Atletik" (Bilbao, İspaniya),  "Sportinq" (Portuqaliya), "Marsel" (Fransa), "Dnerp" (Ukrayna)
2-ci səbət: "Braqa" (Portuqaliya), "Fiorentina" (İtaliya), "Latsio" (İtaliya), "Anderlext" (Belçika), "Liverpul" (İngiltərə), "AZ Alkmaar" (Hollandiya), "Viktoriya" (Çexiya), "Brügge" (Belçika), PAOK (Yunanıstan), "Seltik" (Şotlandiya), "Beşiktaş" (Türkiyə), APOEL (Kipr)
 
3-cü səbət: "Monako" (Fransa), "Sparta" (Çexiya), "Fənərbaxça" (Türkiyə), "Legiya" (Polşa), "Bordo" (Fransa), "Lokomotiv" (Moskva, Rusiya), "Lex" (Polşa), "Sent-Etyen" (Fransa), "Slovan" (Çexiya), "Ausburq" (Almaniya), "Rapid" (Avstriya), "Krasnodar" (Rusiya)
4-cü səbət: "Partizan" (Serbiya), "Asteras Tripolis" (Yunanıstan), "Belenenses" (Portuqaliya), "Rusenburq" (Norveç), "Qarabağ" (Azərbaycan), "Molde" (Norveç), "Dinamo" (Belarus), "Qroninqen" (Hollandiya), "Sion" (İsveçrə), "Midtilland" (Danimarka), "Skenderbeu" (Albaniya), "Qəbələ" (Azərbaycan) 

8/27/2015



"Qarabağ" qrup mərhələsinin bir addımlığında (YENİLƏNİR)
[27.08.2015]
"Qarabağ" qrup mərhələsinin bir addımlığında (YENİLƏNİR)
Bu gün Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları keçiriləcək.
İdmannews.blogspot.com-un məlumatına görə, təmsilçilərimizdən "Qarabağ" qrup mərhələsinə düşmək yolunda son matçına çıxacaq.
Ağdam təmsilçisi doğma azarkeşləri önündə "Yanq Boyz"u sınağa çəkəcək. Səfərdə rəqibinə 1:0 hesabı ilə qalib gələn "Qarabağ" evdə üstünlüyü qorumağa çalışacaq.
Ötən mövsüm tarixində ilk dəfə qrup mərhələsinə vəsiqə qazanan Qurban Qurbanovun komandası həmin uğuru təkrarlamağa çox yaxındır. Bunun üçün "Qarabağ"ı axşamkı görüşdə istənilən heç-heçə də qane edəcək. Matç saat 21:00-da başlayacaq.



27 avqust
Avropa Liqası, "pley-off"un cavab oyunu
21:00. "Qarabağ" (Azərbaycan) - "Yanq Boyz" (İsveçrə)
İlk oyun - 1:0
Hakimlər:
 Gediminas Mazeyka, Vytautas Simkus və Vytenis Kazlauskas (hamısı Litva)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.



"Qəbələ" üçün tarixi oyun (YENİLƏNİR)
[27.08.2015]
"Qəbələ" üçün tarixi oyun (YENİLƏNİR)
Avropa Liqasında inamla irəliləyən "Qəbələ" bu gün pley-off mərhələsinin cavab matçına çıxacaq.
İdmannews.blogspot.com-un məlumatına görə, "qırmızı-qaralar" Afinada "Panatinaikos"un qonağı olacaq.
Bu komandalar arasında Bakıda keçirilən oyunda hesab açılmadığından cütün taleyinə Yunanıstanda aydınlıq gələcək.
Tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanan Roman Qriqorçukun komandası daha bir uğurun astanasındadır. Bunun üçün "Qəbələ" səfərdən sərfəli nəticə ilə qayıtmalıdır. "Qırmızı qaralar"ı bu görüşdə istənilən məhsuldar heç-heçə də qane edəcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


27 avqust
Avropa Liqası, "pley-off"un cavab oyunu
23:00. “Panatinaikos” (Yunanıstan) – “Qəbələ” (Azərbaycan)
İlk oyun – 0:0
Hakimlər:
 İvan Krujilak, Tomas Somolani, Tomas Mokoş (hamısı Slovakiya)
Afina. Apostolos Nikolaidis stadionu

8/26/2015


Qurban Qurbanov: "Əlimizə yaxşı şans düşüb"
[26.08.2015]
Qurban Qurbanov: "Əlimizə yaxşı şans düşüb"
"Əlimizə yaxşı şans düşüb. Bundan istifadə etməliyik. Rəqibin hücum xətti çox güclüdür. Fərdi ustalığa malik oyunçuları var. Çalışacağıq ki, bunun qarşsını alaq. Sabah hər birimizi maraqlı oyun gözləyir".
İdmannews.blogspot.com-un məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsinin “Yanq Boyz”la cavab matçı öncəsi keçirilən mətbuat konfransında deyib.

- Stadionun ot örtüyü hansı vəziyyətdədir?

- Hər şey göz önündədir. Bu gün o barədə düşünməsək, daha yaxşı olar. Ot örtüyünün vəziyyəti yaxşı deyil. Ancaq biz buna fikir verməməliyik.

- Səfərdə qazanılan qələbədən (1:0) sonra futbolçularda eyforiya yarana bilər...

- Düşünmürəm ki, kimsə eyforiyada olsun. Bu, qrup mərhələsində iştirak etmək üçün son şansımızdır. Bunu futbolçular da dərk edir. Azarkeşlər və sizlər bizə böyük ümid bəsləyirsiniz. Siz daha arxayınsınız, nəinki biz. Bilirik ki, hamı qalib gəlməyimizi istəyir. Amma biz bunu daha çox istəyirik. Avropa Liqasının qrupunda iştirak etmək bizim üçün böyük təcrübə və gələcək planlarımız üçün bir təkandır.

- “Qarabağ” Avropa Liqasının son oyunlarında çox az qol vurur. Bu, komandanızın həddindən artıq ehtiyatlı oynamasından irəli gəlir? 

- Bəzən bir qol bəs edir, bəzən isə qolsuz heç-heçə də kifayət edir. Qoy, nəticə bizim tərəfimizdə olsun, qol vurmasaq da olar. Düzdür, futbolun gözləlliyi qoldur. Biz də çalışırıq ki, komandamız hücumlarda daha kəsərli olsun. Bunun üzərində işləyirik.

- Əlhərbi Əl Jadeouinin durumu necədir?

- Əzəlisində problem var. Sabah oynamayacaq.

- Stadionunun ot örtüyünün pis vəziyyətdə olması “Qarabağ”ın oyununa nə dərəcədə təsir göstərəcək?

- Ola bilər ki, baxımlı oyun olmasın. Mübarizə və sürət daha çox ola bilər, amma baxımlı futbol olmaya bilər.

- Penaltilərə hazırlaşmısıznızmı?

- Penaltilər seriyasında futbolçular sərbəst olmalıdır. Penaltilər loteraya kimidir. Oyuna 2-3 gün qalmış komandanı penaltilərə hazırlaşdırmıram. Bu, futbolçuların fikrini yayındıra bilər. Ancaq ay ərzində hər bir futbolçu ilə penalti üzərində çalışırıq.

- Qeyd etdiniz ki, rəqib təhlükəli komandadır. Bəs "Yanq Boyz"un zəif cəhətlərini nədir?

- Bunu deməsəm yaxşıdır. Hər bir rəqibə hörmət etməliyik, zəif yerini deməməliyik. Əksinə, öz səhvlərimizi qabartmalıyıq. Statistikaya baxsaq, rəqib bizdən üstün komandadır. Çalışacağıq ki, kollektiv şəkildə onların qarşısını alaq.

- Cumbinyonun durumu necədir?

- Vəziyyəti normaldır. Ola bilər ki, tədricən çempionat oyunlarında meydana çıxsın.

8/24/2015


"Barselona" qalib gəldi, "Real" büdrədi
[24.08.2015]
"Barselona" qalib gəldi, "Real" büdrədi
İspaniya La Liqasında I turun oyunları davam edir.

İdmannews.blogspot.com-un məlumatına görə, növbəti oyun günü daha 4 qarşılaşma keçirilib.

Günün ilk qarşılaşmasında son çempion “Barselona” səfərdə  “Atletik”lə üzləşib. Oyun kataloniyalıların qaələbəsi ilə yekunlaşıb – 1:0.

“Real” isə “Sportinq”lə səfər qarşılaşmasından bir xalla dönüb – 0:0. 

Qeyd edək ki, La Liqada ilk tura sabah keçiriləcək “Qranada” – “Eybar” oyunu ilə yekun vurulacaq.


23 avqust
İspaniya La Liqası, I tur
 


21:30 “Atletik”  – “Barselona”- 0:1
Qol: 
Suares, 16
23:30 “Sportinq” – “Real”- 0:0
01:00 “Levante” – “Selta” - 1:2
Qol: 
Orellana, 41, Verza, 55 (1:1), Lopez, 75-avtoqol (1:2)

01:30 “Betis” – “Vilyarreal”  1:1
Qollar: 
Soldado, 31 (0:1), Kastro, 87 (1:1)


22 avqust
“Deportivo” – “Real Sosyedad” - 0:0
“Espanyol” – “Qetafe” - 1:0
Qol:
 Sevilya, 3 (1:0)
Qırmızı vərəqə: Vergini, 82 ("Qetafe")
“Atletiko” – “Las Palmas” - 1:0
Qol:
 Qrizman, 16 (1:0)
“Rayo Valyekano” – “Valensiya”


24 avqust
23:30 “Qranada” – “Eybar”

21 avqust
“Malaqa” – “Sevilya” - 0:0

8/23/2015


"Qarabağ"ın AZAL-a qalib gəldiyi oyun (VİDEO)
[23.08.2015]


"Yeni oyunçular çox istəklidirlər" – Qurban Qurbanov
[23.08.2015]
"Yeni oyunçular çox istəklidirlər" – Qurban Qurbanov
“Bizim üçün hər bir qələbə vacibdir. Çempionatın startında bütün komandalar istəkli olur. Bu gün rəqib bizə çətin anlar yaşatdı. Düşünürəm ki, xeyli dəyişikliklərin fonunda səhvlərimiz çox idi. Bu səhvləri aradan qaldırmaq mümkündür".

İdmannews.blogspot.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 3-cü turunda AZAL-a 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.
O, günü-gündən sayı çoxalan azarkeşlərə təşəkkür edib:
Q.Qurbanov onu da qeyd edib ki, heç bir oyunçu üçün getdiyi komandada tez bir zamanda özünü yaxşı tərəfdən göstərmək asan deyil:
"Sadəcə, deyim ki, yeni oyunçular çox istəklidirlər. Hesab edirəm ki, futbolçular faydalı olacaqlar”.


"Qarabağ" və "Qəbələ" qalib gəldi
[23.08.2015]
"Qarabağ" və "Qəbələ"  qalib gəldi
Azərbaycan Premyer Liqasında III turun oyunları davam edir.
İdmannews.blogspot.com-un məlumatına görə, bu gün daha üç qarşılaşma keçirilib.
Günün ilk qarşılaşmasında "Neftçi" və "Sumqayıt" üz-üzə gəlib. Qarşılaşma "Neftçi"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Avropa Liqasında uğurlu çıxışı ilə diqqət çəkən "Qəbələ" Premyer Liqada da iddiasını davam etdirir. "Qırmızı-qaralar" bu gün öz meydanında "Kəpəz"i sınağa çəkib.  Oyun "Qəbələ"nin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.
Son Azərbaycan çempionu "Qarabağ" səfərdə AZAL-ın qonağı olub və 2:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Premyer Liqada 3-cü tura sabah keçiriləcək “Zirə” – “İnter” oyunu ilə yekun vurulacaq.




23 avqust
Azərbaycan Premyer Liqası, 3-cü tur

21:00. “Qəbələ” – “Kəpəz” - 1:0
Qol: 
Ermin Zec, 6 (1:0)
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Rəvan Həmzəzadə
Əlavə köməkçi hakimlər: Paşayev Ömər, Əhmədov Ramil
Qəbələ şəhər stadionu
21:00. AZAL – “Qarabağ” - 0:2
Qollar: 
Mahir Mədətov, 44 (0:1), Dani Kintana, 65 (0:2)
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Cavanşir Yusifov, Etibar Həsənov
“Dalğa Arena”


18:15. “Neftçi” – “Sumqayıt” - 2:1
Qollar: 
Araz Abdullayev, 51 (1:0), Rəhman Hacıyev, 53 (2:0), Nuran Qurbanov, 77 (2:1)
Hakimlər: Ramil Diniyev, Elman Musayev, Vüsal Qənbərov, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Ağayev Əliyar, Həsənov Rəhim
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

24 avqust
21:00.“Zirə” – “İnter”
Hakimlər: Fariz Yusifov, Zeynal Zeynalov, Nahid Əliyev, Xəlil Xəlilov
Zirə qəsəbə Olimpiya İdman Kompleksinin stadionu



22 avqust
“Xəzər Lənkəran” – “Rəvan” - 1:1
Qollar: 
Ramazan Abbasov, 54 (0:1), Rahid Əmirquliyev, 87-pen (1:1)
Qırmızı vərəqələr: Elşən Rzazadə, 47 ("Xəzər Lənkəran"), Adrian Skarlatake, 90+1, ("Xəzər Lənkəran")
Hakimlər: Rəhim Həsənov, Rza Məmmədov, Akif Əmirəli, Nail Nağıyev
"Xəzər Lənkəran" mərkəzi stadionu





Turnir cədvəli

  •   
  •  
NKlublarOQHMT-FX
1Qarabağ32106-37
2Qəbələ32105-27
3Xəzər Lənkəran31204-25
4Zirə21102-14
5Neftçi31112-24
6İnter21011-23
7Sumqayıt30212-32
8Rəvan30212-32
9Kəpəz30211-22
10AZAL30030-50

8/20/2015


"Valensiya"nın futbolçusu rəsmən "Mançester Siti"də
[20.08.2015]
"Valensiya"nın futbolçusu rəsmən "Mançester Siti"də
"Mançester Siti" növbəti transferini gerçəkləşdirib.
İdmannews.blogspot.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Mançester təmsilçisi "Valensiya"dan Nikolas Otamendini transfer edib.
Argentinalı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Bu transferin "Mançester Siti"yə 45 milyon avroya başa gəldiyi bildirilir.
Qeyd edək ki, 27 yaşlı futbolçu 2014-cü ildə "Portu"dan "Valensiya"ya transfer olunub. 

Premyer Liqamızın üç oyunu canlı yayımda
[20.08.2015]
Premyer Liqamızın üç oyunu canlı yayımda
Azərbaycan Premyer Liqasında 3-cü turun 3 oyunu canlı yayımlanacaq.
İdmannews.blogspot.com-un məlumatına görə, "Xəzər Lənkəran" - "Rəvan", AZAL - "Qarabağ" və "Zirə" - "İnter" qarşılaşmaları CBC telekanalı vasitəsi ilə canlı yayımlanacaq.

22 avqust
21:00. "Xəzər Lənkəran" - "Rəvan - CBC (canlı 20:40)
23 avqust
21:00. AZAL - "Qarabağ" - CBC (canlı 20:40)
24 avqust
21:00. "Zirə" - "İnter" - CBC (canlı 20:40)


Klublarımız Avroliqada: hansı oyun, hansı kanalda?
[20.08.2015]
Klublarımız Avroliqada: hansı oyun, hansı kanalda?
Bu gün Avropa Liqasında "pley-off" mərhələsinin ilk oyunları keçiriləcək.
İdmannews.blogspot.com-un məlumatına görə, turnirdə mübarizəni davam etdirən iki klubumuz - "Qarabağ" və "Qəbələ"nin matçları canlı yayımlanacaq.
"Qəbələ" - "Panatinaikos" və "Yanq Boyz" - "Qarabağ" görüşləri "İdman Azərbaycan" telekanalı vasitəsi ilə birbaşa nümayiş olunacaq.

20 avqust
21:00. "Qəbələ" - "Panatinaikos" - "İdman Azərbaycan"
23:00. "Yanq Boyz" - "Qarabağ" - "İdman Azərbaycan"
“Qəbələ” “Panatinaikos”a qarşı (YENİLƏNİR)
[20.08.2015]
“Qəbələ” “Panatinaikos”a qarşı (YENİLƏNİR)
Bu gün Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları keçiriləcək.

İdmannews.blogspot.com-un məlumatına görə, turnirdə ölkəmizi təmsil edən “Qəbələ” də növbəti matçına çıxacaq.

Roman Qriqorçukun komandası Bakıda Yunanıstanın “Panatinaikos” klubunu qəbul edəcək. Tarixində ilk dəfə “pley-off”a yüksələn “qırmızı-qaralar” uğurlu seriyasını davam etdirməyə çalışacaq.

Afinada keçiriləcək cavab matçı öncəsi təmsilçimiz sərfəli nəticə qazanmalıdır. Əks halda komandamızın qrup mərhələsinə yüksəlməsi çətin olacaq.

Qeyd edək ki, “Qəbələ” pley-off mərhələsinə qədər ardıcıl olaraq “Dinamo” (Gürcüstan), “Çukariçki” (Serbiya) və “Apollon”u (Kipr) mübarizədən kənaralaşdırıb.

20 avqust
Avropa Liqası, pley-off mərhələsinin ilk oyunlar

21:00. “Qəbələ” (Azərbaycan) – “Panatinaikos” (Yunanıstan)
Hakimlər:
 Andre Marriner, Simon Bennett, Li Bettsı (İngiltərə)
Bakı. 8-ci kilometr qəsəbə stadionu

"Qarabağ"la oyunda məqsədimiz qol buraxmamaqdır"
[20.08.2015]
"Qarabağ"la oyunda məqsədimiz qol buraxmamaqdır"
"Yanq Boyz"un müvəqqəti baş məşqçisi Harald Jamperle Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"la keçiriləcək ilk oyunla bağlı fikirlərini bölüşüb.
İdmannews.blogspot.com-un Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, Jamperle əsas məqsədlərinin ilk oyunda qol buraxmamaq olduğunu bildirib:
"Qarabağ" kimi biz də qrup mərhələsində oynamaq istəyirik. Rəqib müxtəlif ölkələrin güclü futbolçularından təşkil olunmuş və az qol buraxan komandadır. Bizim də əsas məqsədimiz ilk oyunda qol buraxmamaqdır. Ancaq cütün taleyi bir oyunda həll olunmur. Ona görə də hər iki görüşdə yaxşı oyun sərgiləməklə istəyimizə nail olmağa çalışacağıq".
Qeyd edək ki, bu axşam keçiriləcək "Yanq Boyz" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
             


“Qarabağ”ın pley-off sınağı (YENİLƏNİR)
[20.08.2015]
“Qarabağ”ın pley-off sınağı (YENİLƏNİR)
Bu gün Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçiriləcək.
İdmannews.blogspot.com-un məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” da turnirdə  növbəti oyununa çıxacaq.

Qurban Qurbanovun komandası İsveçrənin “Yanq Boyz” klubu ilə üz-üzə gələcək. Ötən mövsüm qrup mərhələsinə vəsiqə qazanan təmsilçimiz bu dəfə də ən azı həmin uğurunu təkrarlamağa çalışacaq. Bunun üçün səfərdə keçirilən ilk oyunda sərfəli nəticə qazanmaq lazmdır.

Çempionlar Liqasının III təsnifat mərhələsində “Seltik”ə uduzaraq mübarizəni dayandıran komandamız ötənilki senarini  təkrarlaya bilər.



20 avqust
Avropa Liqası, pley-off mərhələsinin ilk oyunlar

23:00. “Yanq Boyz” (İsveçrə) - “Qarabağ” (Azərbaycan)
Hakimlər:
 Vladislav Bezborodov, Nikolay Qolubev, Maksim Qavrilin (Rusiya)
Bern. “Stad de Suiss”
Young Boys un Qarabağla oyundakı start heyəti!

8/19/2015


Çempionlar Liqası: hansı oyun, hansı kanalda?


Çempionlar Liqası: hansı oyun, hansı kanalda?
Çempionlar Liqasının "pley-off" mərhələsində bu gün keçiriləcək ilk oyunlara Azərbaycan, Türkiyə və Rusiya telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq.
İdmannews.blogspot.com-un xəbərinə görə, ÇL-in dörd matçı aşağıda adları qeyd olunan kanallar vasitəsi ilə birbaşa nümayiş etdiriləcək:
 AZƏRBAYCAN
"İdman Azərbaycan"
23:45. "Rapid" - "Şaxtyor" (Donetsk)
AZTV

23:45. "Valensiya" - "Monako"


TÜRKİYƏ

Tivibi Spor

23:45. "Valensiya" - "Monako"
Tivibu Spor 2
23:45."Rapid" - "Şaxtyor"
Tivibu Spor 3
23:45. "Bazel" - "Makkabi" (Təl-Əviv)

Tivibu Spor 4
23:45. "Seltik" - "Malmö"

RUSİYA

"NTV Plyus Futbol 1"

23:45. "Valensiya" - "Monako"
"NTV Plyus Futbol 2"
23:45. "Rapid" - "Şaxtyor"

"NTV Plyus Sport"
23:45. "Bazel" - "Makkabi"

"NTV Plyus Futbol 3"

23:45. "Seltik" - "Malmö"

"Monako" "Valensiya"ya, "Seltik" "Malmö"yə qarşı (YENİLƏNİR)
[19.08.2015]
"Monako" "Valensiya"ya, "Seltik" "Malmö"yə qarşı (YENİLƏNİR)
Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

İdmannews.blogspot.com-un məlumatına görə, növbəti oyun günündə daha beş qarşılaşma keçiriləcək.

“Qarabağ”ı turnirdən uzaqlaşdıran “Seltik” öz meydanında “Malmö”nü (İsveç) qəbul edəcək.

“Makkabi” səfərdə “Bazel”in qonağı olacaq.

Avstriyanın “Rapid” klubu doğma divarlar arasında Donetsk “Şaxtyor”unu sınağa çəkəcək.

“Monako” İspaniyada “Valensiya” ilə münasibətlərinə aydınlıq gətirəcək.

Albaniyanın “Skenderbeu” klubu evdə Zaqreb “Dinamo”su ilə üz-üzə gələcək.




19 avqust
Çempionlar Liqası, "pley-off"un ilk oyunları

23:45. "Bazel" (İsveçrə) - “Makkabi” (Təl-Əviv, İsrail)
23:45. "Seltik" (Şotlandiya) - "Malmö" (İsveç)
23:45. "Rapid" (Avstriya) - "Şaxtyor" (Donetsk, Ukrayna)
23:45. "Skenderbeu" (Albaniya) - "Dinamo" (Xorvatiya)
23:45. "Valensiya" (İspaniya) - “Monako” (Fransa)


18 avqust

21:00. "Astana" (Qazaxıstan) - APOEL (Kipr) - 1:0
Qol: 
Dzholçiyev, 14 (1:0)

23:45. BATE (Belarus) - "Partizan" (Serbiya) - 1:0
Qol: 
Qordeçuk, 75 (1:0)
23:45. "Latsio" (İtaliya) - "Bayer" (Leverkuzen, Almaniya) - 1:0 Qol: Keyta, 75
23:45. "Mançester Yunayted" (İngiltərə) - "Brügge" (Belçika) - 3:1
Qollar: 
Karrik, 8-avtoqol (0:1), Depay, 13 (1:1), 43 (2:1), Fellaini, 90+4

23:45. "Sportinq" (Portuqaliya) - CSKA (Moskva, Rusiya) - 2:1
Qol: 
Qutierez, 12 (1:0), Doumbia, 40 (1:1), Slimani, 82 (2:1)

"Mançester Yunayted" və "Latsio" qalib gəldi
[19.08.2015]
"Mançester Yunayted" və "Latsio" qalib gəldi
Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına start verilib

İdmannews.blogspot.-un məlumatına görə, mərhələnin açılış günündə 5 qarşılaşma keçirilib.

Günün ilk oyunu  Qazaxıstanda baş tutub. Burada yerli "Astana" Kiprin APOEL klubunu sınağa çəkib. Meydan sahibləri rəqibini 1:0hesabı ilə məğlub edib.

Digər oyunlarda BATE evdə "Partizan"ı 1:0, "Sportinq" isə CSKA-nı (Moskva) 2:1 hesabı ilə məğlub edib.

İngiltərə nəhəngi "Mançester Yunayted" öz meydanında "Brügge" ilə münasibətlərinə aydınlıq gətirib. Görüş “qırmızı şeytanlar”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Latsio" isə Leverkuzen "Bayer"indən üstün olub – 1:0.

Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin qalan 5 görüşü bu gün keçiriləcək.

18 avqust
Çempionlar Liqası, "pley-off"un ilk oyunları
21:00. "Astana" (Qazaxıstan) - APOEL (Kipr) - 1:0
Qol: 
Dzholçiyev, 14 (1:0)

23:45. BATE (Belarus) - "Partizan" (Serbiya) - 1:0
Qol: 
Qordeçuk, 75 (1:0)
23:45. "Latsio" (İtaliya) - "Bayer" (Leverkuzen, Almaniya) - 1:0 Qol: Keyta, 75
23:45. "Mançester Yunayted" (İngiltərə) - "Brügge" (Belçika) - 3:1
Qollar: 
Karrik, 8-avtoqol (0:1), Depay, 13 (1:1), 43 (2:1), Fellaini, 90+4

23:45. "Sportinq" (Portuqaliya) - CSKA (Moskva, Rusiya) - 2:1
Qol: 
Qutierez, 12 (1:0), Doumbia, 40 (1:1), Slimani, 82 (2:1)

19 avqust
23:45. "Bazel" (İsveçrə) - “Makkabi” (Təl-Əviv, İsrail)
23:45. "Seltik" (Şotlandiya) - "Malmö" (İsveç)
23:45. "Rapid" (Avstriya) - "Şaxtyor" (Donetsk, Ukrayna)
23:45. "Skenderbeu" (Albaniya) - "Dinamo" (Xorvatiya)
23:45. "Valensiya" (İspaniya) - “Monako” (Fransa)


Əvvəl Anastasiu, sonra Qriqorçuk
[19.08.2015]
Əvvəl Anastasiu, sonra Qriqorçuk
Avqustun 20-i UEFA Avropa Liqasının play-off mərhələsinin ilk oyununda "Qəbələ"  "Panatinaikos" komandasını qəbul edəcək.

İdmannews.blogspot.com-un məlumatına görə, 8-ci kilometr qəsəbə stadionunda keçiriləcək "Qəbələ" - "Panatinaikos" matçı öncəsi baş məşqçilərin mətbuat konfransının vaxtı açıqlanıb.
Bu gün ilk olaraq jurnalistlərin önünə "Panatinaikos"un baş məşqçisi Yannis Anastasiu çıxacaq. Yunanıstanlı mütəxəssisin mətbuat konfransı saat 18:45-də başlayacaq.  20:15-də isə "Qəbələ"nin çalışdırıcısı Roman Qriqorçuk media nümayəndələrinin suallarını cavablandıracaq.

"Qarabağ" İsveçrədə (FOTO)
[19.08.2015]
"Qarabağ" İsveçrədə (FOTO)
“Qarabağ” artıq İsveçrədədir. İdmannews.blogspot.com-un klubun saytına istinadən yaydığı xəbərə görə,  Avropa Liqasının pley-off mərhələsində "Yanq-Boys"la qarşılaşacaq komanda ötən gün saat 17:00-da Bakını tərk edib.

Bakı-Bern reysi ilə hərəkət edən komanda 5 saatlıq uçuşdan sonra Bern şəhərinə çatıb.

Bu gün komanda oyunun keçiriləcəyi arenada sonuncu məşqinə çıxacaq.

8/18/2015


"Qarabağ"ın qolunu saymayan hakimə UEFA-dan yeni təyinat
[18.08.2015]
"Qarabağ"ın qolunu saymayan hakimə UEFA-dan yeni təyinat
Ötən mövsüm Avropa Liqasında qrup mərhələsinin son turunda  "Qarabağ"ın İtaliya "İnter"inin qapısından keçirdiyi təmiz qolu saymayan çexiyalı hakim Miroslav Zelinka  sözügedən turnirdə yenidən  təyinat alıb.

İdmannews.blogspot.com-un məlumatına görə, 34 yaşlı referi Avropa Liqasının pley-off mərhələsinin "Dinamo" (Belarus) - "Zalsburq" (Avstriya) matçını idarə edəcək.

Xatırladaq ki,  2014-cü il dekabrın 11-də keçirilmiş matçın sonuncu uzatma dəqiqəsində Riçard Almeyda topu "İnter"in qapısından keçirsə də, Miroslav Zelinka həmin epizodda "ofsayd" olduğunu bildirərək, qolu saymayıb. Halbuki həmin qolun tam qaydalar çərçivəsində vurulduğu açıq-aşkar görünüb. Çexiyalı referinin yanlış qərarı üzündən 1/16 finala "Qarabağ" yox, Ukrayna "Dnepr"i çıxıb. Öz növbəsində "Dnepr" Avroliqanın finalınadək irəliləyib və yalnız həlledici görüşdə İspaniya "Sevilya"sına uduzaraq, kuboksuz qalıb. "Qarabağ" rəhbərliyi haqqının bərpası və Zelinkanın cəzalandırılmasına nail olmaq istəsə də, UEFA nəticəni qüvvədə saxlayıb.

Çempionlar Liqasında pley-off həyəcanı (YENİLƏNİR)
[18.08.2015]
Çempionlar Liqasında pley-off həyəcanı (YENİLƏNİR)
Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına start veriləcək.
İdmannews.blogspot.com-un məlumatına görə, ilk oyun günündə 5 qarşılaşma keçiriləcək.
Günün ilk qarşılaşması Qazaxıstanda baş tutacaq. Burada yerli "Astana" klubu Kiprin APOEL klubunu sınağa çəkəcək. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Digər oyunlarda BATE evdə "Partizan"ı, "Sportinq" isə CSKA (Moskva) klubunu qəbul edəcək. İngiltərə nəhəngi "Mançester Yunayted" öz meydanında "Brügge" ilə münasibətlərinə aydınlıq gətirəcək. "Latsio" isə Leverkuzen "Bayer"i ilə qarşılaşacaq.
Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin qalan 5 görüşü sabah keçiriləcək.


18 avqust
Çempionlar Liqası, "pley-off"un ilk oyunları
21:00. "Astana" (Qazaxıstan) - APOEL (Kipr)
23:45. BATE (Belarus) - "Partizan" (Serbiya)
23:45. "Latsio" (İtaliya) - "Bayer" (Leverkuzen, Almaniya)
23:45. "Mançester Yunayted" (İngiltərə) - "Brügge" (Belçika)
23:45. "Sportinq" (Portuqaliya) - CSKA (Moskva, Rusiya)

19 avqust
23:45. "Bazel" (İsveçrə) - “Makkabi” (Təl-Əviv, İsrail)
23:45. "Seltik" (Şotlandiya) - "Malmö" (İsveç)
23:45. "Rapid" (Avstriya) - "Şaxtyor" (Donetsk, Ukrayna)
23:45. "Skenderbeu" (Albaniya) - "Dinamo" (Xorvatiya)
23:45. "Valensiya" (İspaniya) - “Monako” (Fransa)

"Barselona" möcüzə edə bilmədi
[18.08.2015]
"Barselona" möcüzə edə bilmədi
Bu gün İspaniya superkubokunun qalibi müəyyənləşib.
İdmannews.blogspot.com-un məlumatına görə, həlledici görüşdə "Barselona" və "Atletik" üz-üzə gəlib.
Bu komandalar arasında Bilbaoda keçirilən ilk matçda "Atletik" böyükhesablı qələbə qazanıb - 4:0. "Barselona"nın "Nou Kamp"da həmin məğlubiyyətin əvəzini çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Lakin Kataloniya təmsilçisi yenə "Atletik"lə bacarmayıb. Səfərdə rəqibi ilə 1:1 bərabərə qalan "Atletik" İspaniya superkubukona sahib çıxıb.
Qeyd edək ki, "Barselona" və "Atletik" ötən mövsüm İspaniya kubokunun finalında üz-üzə gəlmiş və Kataloniya təmsilçisi rəqibini 3:1 hesabı ilə məğlub etmişdi. Qaydalara əsasən "Barselona" həm La Liqa, həm də ölkə kubokunun qalibi kimi, "Atletik" isə ölkə kubokunun finalçısı kimi superkubokda iştirak hüququ əldə edib.



17 avqust
İspaniya superkuboku, cavab oyunu
01:00. "Barselona" - "Atletik" - 1:1
Qollar:
 Messi, 43 (1:0), Aduriz, 74 (1:1)
Qırmızı vərəqələr: Pike, 56 ("Barselona"), Sola, 86 ("Atletik")
İlk oyun - 0:4

8/16/2015


"Qarabağ" və "Qəbələ" qalib gəldi
[15.08.2015]
"Qarabağ" və "Qəbələ" qalib gəldi
Bu gün Azərbaycan Premyer Liqasında II turun oyunlarına start verilib.
İdmannews.blogspot-un məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Son çempion “Qarabağ” səfərdə “Rəvan”ın qonağı olub. Matç Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Növbəti oyunda AZAL çempionatın digər iddialı komandası “Qəbələ”ni qəbul edib.  Bu görüşdə Roman Qriqorçukun komandası rəqibini 2:0 hesabı ilə məğlub edib.

Turun digər oyunları avqustun 16-17-də keçiriləcək.

15 avqust 
Azərbaycan  Premyer Liqası, 2-ci tur

21:00. “Rəvan” – “Qarabağ” - 1:2
Qollar: 
Yamin Ağakərimzadə, 67-avtoqol (0:1), Qara Qarayev, 83 (0:2), Tural Qürbətov, 87 (1:2)
Hakimlər: Ramil Diniyev, Vüqar Bayramov, Vaqif Musayev, Xəlil Xəlilov.
Bakı. “Bayıl Arena”.



21:00. AZAL – “Qəbələ” - 0:2
Qollar: 
Aleksey Qay, 45-pen (0:1), Aleksey Antonov, 76 (0:2)
Hakimlər: Fariz Yusifov, Elman Musayev, İsgəndər Əliyev, Ziya Nəsirov.
Bakı. “Dalğa Arena”.




16 avqust

18:30. “Kəpəz” – “Zirə”
Hakimlər:
 Rəhim Həsənov, Namiq Hüseynov, Coşqun Həsənov, Rəvan Həmzəzadə.
Gəncə şəhər stadionu.

21:00 “Sumqayıt” – “Xəzər Lənkəran”
Hakimlər: 
Elvin Əsgərov, Rahil Ramazanov, Kamran Bayramov, Etibar Həsənov.
Sumqayıt. “Kapital Bank Arena”.



17 avqust

21:00. “İnter” – “Neftçi”
Hakimlər:
 Orxan Məmmədov, Yaşar Abbasov, Mehman Mahmudov, Ömər Paşayev.
Bakı. “İnter Arena”.


Turnir cədvəli
  •   
  •  
NKlublarOQHMT-FX
1Qəbələ21104-24
2Qarabağ21104-34
3Xəzər Lənkəran11002-03
4Zirə11001-03
5Rəvan20111-21
6Kəpəz10100-01
7Neftçi10100-01
8Sumqayıt10100-01
9İnter10010-20
10AZAL20020-30