Avropa Liqasında inamla irəliləyən "Qəbələ" bu gün pley-off mərhələsinin cavab matçına çıxacaq.
İdmannews.blogspot.com-un məlumatına görə, "qırmızı-qaralar" Afinada "Panatinaikos"un qonağı olacaq.
Bu komandalar arasında Bakıda keçirilən oyunda hesab açılmadığından cütün taleyinə Yunanıstanda aydınlıq gələcək.
Tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanan Roman Qriqorçukun komandası daha bir uğurun astanasındadır. Bunun üçün "Qəbələ" səfərdən sərfəli nəticə ilə qayıtmalıdır. "Qırmızı qaralar"ı bu görüşdə istənilən məhsuldar heç-heçə də qane edəcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
27 avqust
Avropa Liqası, "pley-off"un cavab oyunu
23:00. “Panatinaikos” (Yunanıstan) – “Qəbələ” (Azərbaycan)
İlk oyun – 0:0
Hakimlər: İvan Krujilak, Tomas Somolani, Tomas Mokoş (hamısı Slovakiya)
Afina. Apostolos Nikolaidis stadionu
Hiç yorum yok:
Yorum Gönder