Çempionlar Liqasında pley-off həyəcanı (YENİLƏNİR)
[18.08.2015]![]()
Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına start veriləcək.
İdmannews.blogspot.com-un məlumatına görə, ilk oyun günündə 5 qarşılaşma keçiriləcək. Günün ilk qarşılaşması Qazaxıstanda baş tutacaq. Burada yerli "Astana" klubu Kiprin APOEL klubunu sınağa çəkəcək. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Digər oyunlarda BATE evdə "Partizan"ı, "Sportinq" isə CSKA (Moskva) klubunu qəbul edəcək. İngiltərə nəhəngi "Mançester Yunayted" öz meydanında "Brügge" ilə münasibətlərinə aydınlıq gətirəcək. "Latsio" isə Leverkuzen "Bayer"i ilə qarşılaşacaq. Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin qalan 5 görüşü sabah keçiriləcək. 18 avqust Çempionlar Liqası, "pley-off"un ilk oyunları 21:00. "Astana" (Qazaxıstan) - APOEL (Kipr) 23:45. BATE (Belarus) - "Partizan" (Serbiya) 23:45. "Latsio" (İtaliya) - "Bayer" (Leverkuzen, Almaniya) 23:45. "Mançester Yunayted" (İngiltərə) - "Brügge" (Belçika) 23:45. "Sportinq" (Portuqaliya) - CSKA (Moskva, Rusiya) 19 avqust 23:45. "Bazel" (İsveçrə) - “Makkabi” (Təl-Əviv, İsrail) 23:45. "Seltik" (Şotlandiya) - "Malmö" (İsveç) 23:45. "Rapid" (Avstriya) - "Şaxtyor" (Donetsk, Ukrayna) 23:45. "Skenderbeu" (Albaniya) - "Dinamo" (Xorvatiya) 23:45. "Valensiya" (İspaniya) - “Monako” (Fransa) |
Hiç yorum yok:
Yorum Gönder