"Qarabağ"la oyunda məqsədimiz qol buraxmamaqdır"
[20.08.2015]![]()
"Yanq Boyz"un müvəqqəti baş məşqçisi Harald Jamperle Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"la keçiriləcək ilk oyunla bağlı fikirlərini bölüşüb.
İdmannews.blogspot.com-un Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, Jamperle əsas məqsədlərinin ilk oyunda qol buraxmamaq olduğunu bildirib: "Qarabağ" kimi biz də qrup mərhələsində oynamaq istəyirik. Rəqib müxtəlif ölkələrin güclü futbolçularından təşkil olunmuş və az qol buraxan komandadır. Bizim də əsas məqsədimiz ilk oyunda qol buraxmamaqdır. Ancaq cütün taleyi bir oyunda həll olunmur. Ona görə də hər iki görüşdə yaxşı oyun sərgiləməklə istəyimizə nail olmağa çalışacağıq". Qeyd edək ki, bu axşam keçiriləcək "Yanq Boyz" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. |
Hiç yorum yok:
Yorum Gönder