“Qəbələ” “Panatinaikos”a qarşı (YENİLƏNİR)
[20.08.2015]![]()
Bu gün Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları keçiriləcək.
İdmannews.blogspot.com-un məlumatına görə, turnirdə ölkəmizi təmsil edən “Qəbələ” də növbəti matçına çıxacaq. Roman Qriqorçukun komandası Bakıda Yunanıstanın “Panatinaikos” klubunu qəbul edəcək. Tarixində ilk dəfə “pley-off”a yüksələn “qırmızı-qaralar” uğurlu seriyasını davam etdirməyə çalışacaq. Afinada keçiriləcək cavab matçı öncəsi təmsilçimiz sərfəli nəticə qazanmalıdır. Əks halda komandamızın qrup mərhələsinə yüksəlməsi çətin olacaq. Qeyd edək ki, “Qəbələ” pley-off mərhələsinə qədər ardıcıl olaraq “Dinamo” (Gürcüstan), “Çukariçki” (Serbiya) və “Apollon”u (Kipr) mübarizədən kənaralaşdırıb. 20 avqust Avropa Liqası, pley-off mərhələsinin ilk oyunlar 21:00. “Qəbələ” (Azərbaycan) – “Panatinaikos” (Yunanıstan) Hakimlər: Andre Marriner, Simon Bennett, Li Bettsı (İngiltərə) Bakı. 8-ci kilometr qəsəbə stadionu |
Hiç yorum yok:
Yorum Gönder