"Mançester Yunayted" və "Latsio" qalib gəldi
[19.08.2015]![]()
Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına start verilib
İdmannews.blogspot.-un məlumatına görə, mərhələnin açılış günündə 5 qarşılaşma keçirilib. Günün ilk oyunu Qazaxıstanda baş tutub. Burada yerli "Astana" Kiprin APOEL klubunu sınağa çəkib. Meydan sahibləri rəqibini 1:0hesabı ilə məğlub edib. Digər oyunlarda BATE evdə "Partizan"ı 1:0, "Sportinq" isə CSKA-nı (Moskva) 2:1 hesabı ilə məğlub edib. İngiltərə nəhəngi "Mançester Yunayted" öz meydanında "Brügge" ilə münasibətlərinə aydınlıq gətirib. Görüş “qırmızı şeytanlar”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Latsio" isə Leverkuzen "Bayer"indən üstün olub – 1:0. Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin qalan 5 görüşü bu gün keçiriləcək. 18 avqust Çempionlar Liqası, "pley-off"un ilk oyunları 21:00. "Astana" (Qazaxıstan) - APOEL (Kipr) - 1:0 Qol: Dzholçiyev, 14 (1:0) 23:45. BATE (Belarus) - "Partizan" (Serbiya) - 1:0 Qol: Qordeçuk, 75 (1:0) 23:45. "Latsio" (İtaliya) - "Bayer" (Leverkuzen, Almaniya) - 1:0 Qol: Keyta, 75 23:45. "Mançester Yunayted" (İngiltərə) - "Brügge" (Belçika) - 3:1 Qollar: Karrik, 8-avtoqol (0:1), Depay, 13 (1:1), 43 (2:1), Fellaini, 90+4 23:45. "Sportinq" (Portuqaliya) - CSKA (Moskva, Rusiya) - 2:1 Qol: Qutierez, 12 (1:0), Doumbia, 40 (1:1), Slimani, 82 (2:1) 19 avqust 23:45. "Bazel" (İsveçrə) - “Makkabi” (Təl-Əviv, İsrail) 23:45. "Seltik" (Şotlandiya) - "Malmö" (İsveç) 23:45. "Rapid" (Avstriya) - "Şaxtyor" (Donetsk, Ukrayna) 23:45. "Skenderbeu" (Albaniya) - "Dinamo" (Xorvatiya) 23:45. "Valensiya" (İspaniya) - “Monako” (Fransa) |
Hiç yorum yok:
Yorum Gönder