8/18/2015


"Barselona" möcüzə edə bilmədi
[18.08.2015]
"Barselona" möcüzə edə bilmədi
Bu gün İspaniya superkubokunun qalibi müəyyənləşib.
İdmannews.blogspot.com-un məlumatına görə, həlledici görüşdə "Barselona" və "Atletik" üz-üzə gəlib.
Bu komandalar arasında Bilbaoda keçirilən ilk matçda "Atletik" böyükhesablı qələbə qazanıb - 4:0. "Barselona"nın "Nou Kamp"da həmin məğlubiyyətin əvəzini çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Lakin Kataloniya təmsilçisi yenə "Atletik"lə bacarmayıb. Səfərdə rəqibi ilə 1:1 bərabərə qalan "Atletik" İspaniya superkubukona sahib çıxıb.
Qeyd edək ki, "Barselona" və "Atletik" ötən mövsüm İspaniya kubokunun finalında üz-üzə gəlmiş və Kataloniya təmsilçisi rəqibini 3:1 hesabı ilə məğlub etmişdi. Qaydalara əsasən "Barselona" həm La Liqa, həm də ölkə kubokunun qalibi kimi, "Atletik" isə ölkə kubokunun finalçısı kimi superkubokda iştirak hüququ əldə edib.



17 avqust
İspaniya superkuboku, cavab oyunu
01:00. "Barselona" - "Atletik" - 1:1
Qollar:
 Messi, 43 (1:0), Aduriz, 74 (1:1)
Qırmızı vərəqələr: Pike, 56 ("Barselona"), Sola, 86 ("Atletik")
İlk oyun - 0:4

Hiç yorum yok:

Yorum Gönder