"Qarabağ" və "Qəbələ" qalib gəldi
[23.08.2015]![]()
Azərbaycan Premyer Liqasında III turun oyunları davam edir.
İdmannews.blogspot.com-un məlumatına görə, bu gün daha üç qarşılaşma keçirilib. Günün ilk qarşılaşmasında "Neftçi" və "Sumqayıt" üz-üzə gəlib. Qarşılaşma "Neftçi"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Avropa Liqasında uğurlu çıxışı ilə diqqət çəkən "Qəbələ" Premyer Liqada da iddiasını davam etdirir. "Qırmızı-qaralar" bu gün öz meydanında "Kəpəz"i sınağa çəkib. Oyun "Qəbələ"nin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Son Azərbaycan çempionu "Qarabağ" səfərdə AZAL-ın qonağı olub və 2:0 hesabı ilə qalib gəlib. Qeyd edək ki, Premyer Liqada 3-cü tura sabah keçiriləcək “Zirə” – “İnter” oyunu ilə yekun vurulacaq. 23 avqust Azərbaycan Premyer Liqası, 3-cü tur 21:00. “Qəbələ” – “Kəpəz” - 1:0 Qol: Ermin Zec, 6 (1:0) Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Rəvan Həmzəzadə Əlavə köməkçi hakimlər: Paşayev Ömər, Əhmədov Ramil Qəbələ şəhər stadionu 21:00. AZAL – “Qarabağ” - 0:2 Qollar: Mahir Mədətov, 44 (0:1), Dani Kintana, 65 (0:2) Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Cavanşir Yusifov, Etibar Həsənov “Dalğa Arena” 18:15. “Neftçi” – “Sumqayıt” - 2:1 Qollar: Araz Abdullayev, 51 (1:0), Rəhman Hacıyev, 53 (2:0), Nuran Qurbanov, 77 (2:1) Hakimlər: Ramil Diniyev, Elman Musayev, Vüsal Qənbərov, Yaşar Abbasov Əlavə köməkçi hakimlər: Ağayev Əliyar, Həsənov Rəhim İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu 24 avqust 21:00.“Zirə” – “İnter” Hakimlər: Fariz Yusifov, Zeynal Zeynalov, Nahid Əliyev, Xəlil Xəlilov Zirə qəsəbə Olimpiya İdman Kompleksinin stadionu 22 avqust “Xəzər Lənkəran” – “Rəvan” - 1:1 Qollar: Ramazan Abbasov, 54 (0:1), Rahid Əmirquliyev, 87-pen (1:1) Qırmızı vərəqələr: Elşən Rzazadə, 47 ("Xəzər Lənkəran"), Adrian Skarlatake, 90+1, ("Xəzər Lənkəran") Hakimlər: Rəhim Həsənov, Rza Məmmədov, Akif Əmirəli, Nail Nağıyev "Xəzər Lənkəran" mərkəzi stadionu Turnir cədvəli |
Hiç yorum yok:
Yorum Gönder