7/10/2015


Azərbaycanlı hakimlərin idarə etdiyi oyunda 4 qol (VİDEO)
[10.07.2015]
Azərbaycanlı hakimlərin idarə etdiyi oyunda 4 qol (VİDEO)
Avropa Liqasının ilkin təsnifat mərhələsinin cavab oyununda evdə "Atlantas"ı (Litva) qəbul edən Beroe Star” (Bolqarıstan) rəqibinə 3:1 hesabı ilə qalib gəlib.

Qol.Az-ın məlumatına görə, Bolqarıstanda keçirilən oyunu azərbaycanlı FİFA referisi Orxan Məmmədov idarə edib.

Ona Yaşar Abbasov və Vaqif Musayev köməklik edib. Ramil Əhmədov isə dördüncü hakim funksiyasını yerinə yetirib. O.Məmmədov oyun ərzində meydan sahiblərinin bir, qonaqların isə iki futbolçusunu sarı vərəqə ilə cəzalandırıb.

Qeyd edək ki, iki oyunun nəticəsinə görə (5:1) "Beroe Star" klubu növbəti mərhələyə adlayıb.


Hiç yorum yok:

Yorum Gönder