7/23/2015



Bravo, "İnter"!
[23.07.2015]
Bravo, "İnter"!
Bu gün Avropa Liqasında II təsnifat mərhələnin oyunları keçirilir.
Idmannews.blogspot.com-un məlumatına görə, qitənin ikinci dərəcəli klub türnirində müabrizəni davam etdirən Bakının “İnter” klubu da növbəti matçına çıxıb.
Təmsilçimiz öz meydanında İslandiyanın “Hafnarfyordur” klubu qəbul edib. Tarixində heç vaxt III təsnifat mərhələsinə vəsiqə qazana bilməyən “İnter” maliyyə problemlərinin mövcud olduğu bir dövrdə  bu uğura çox yaxın idi.
Səfərdə keçirilən ilk oyunda rəqibini 2:1 hesabı ilə məğlub edən “İnter”i evdə istənilən heç-heçə qane edəcəkdi. Lakin fasiləyə 1:0 hesabı ilə üstün yollanan Zaur Svanadzenin komandası ikinci hissənin əvvəllərində qapısında iki top görüb. Bundan sonra oyunda qol olmadığından əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtın ilk dəqiqəsində Rauf Əliyevin vurduğu qol "İnter"i tarixində ilk dəfə Avropa Liqasının III təsnifat mərhələsinə yüksəldib.
Qeyd edək ki, komandamız növbəti mərhələyə yüksəlsə, İspaniyanın “Atletik” klubu ilə qarşılaşacaq.

Hiç yorum yok:

Yorum Gönder