
Bu gün Avropa Liqasının II təsnifat mərhələsinin oyunları keçiriləcək.
Idmannews.blogspot.com-un məlumatına görə, təmsilçilərimizdən “Qəbələ” də növbəti oyununa çıxacaq.
Roman Qriqorçukun komandası Bakıda Serbiyanın “Çukariçki” klubunu qəbul edəcək.
“Qırmızı-qaralar” səfərdə keçirilən ilk oyundakı məğlubiyyət (0:1) əvəzini çıxmağa çalışacaq.
Tarixində ilk dəfə II təsnifat mərhələsində iştirak edən komandamız növbəti mərhələyə yüksəlmək üçün mütləq qalib gəlməlidir.
Gürcüstan “Dinamo”su ilə oyunda məlum olaylar səbəbindən Qəbələ şəhər stadionu UEFA tərəfindən cəzalanıdırıldığı üçün bugünkü görüş Bakıda 8-ci klometr qəsəbə stadionunda keçiriləcək.
23 iyul Avropa Liqası, II təsnifat mərhələsinin cavab oyunları
21:00. "Qəbələ" (Azərbaycan) - "Çukariçki" (Serbiya) Baş hakim: Radek Prjixoda (Çexiya) Bakı. 8-ci klometr qəsəbə stadionu İlk oyun – 0:1
|
Hiç yorum yok:
Yorum Gönder