7/10/2015



"DÇ-2018": Millimiz 5-ci səbətdə
[10.07.2015]
"DÇ-2018": Millimiz 5-ci səbətdə
İyulun 25-də Avropa zonası üzrə "DÇ-2018"in seçmə mərhələsinin püşkü atılacaq.
Qol.Az-ın məlumatına görə, püşkdə iştirak edəcək 52 yığmanın yer alacağı səbətlər müəyyənləşib.
Səbətlərin tərkibi FİFA-nın yeni reytinq siyahısını açıqlamasından sonra dəqiqləşib. Püşk zamanı Avropa yığmaları 6 səbətə bölünəcək. Bunların 5-də 9, son səbətdə isə 7 yığma yer alacaq. FİFA-nın reytinqində 108-ci olan Azərbaycan millisi 5-ci səbətdə qərarlaşacaq.
Komandamızla eyni səbətdə Kipr, Latviya, Ermənistan, Finlandiya, Belarus, Makedoniya, Litva və Moldova yığmaları da yer alacaq. Bu isə o deməkdir ki, millimiz həmin komandalara rəqib ola bilməyəcək.


1-ci səbət: Almaniya, Belçika, Hollandiya, Portuqaliya, Rumıniya, İngiltərə, Uels, İspaniya, Xorvatiya
2-ci səbət: Slovakiya, Avstriya, İtaliya, İsveçrə, Çexiya, Fransa, İslandiya, Danimarka, Bosniya və Herseqovina
3-cü səbət: Ukrayna, Şotlandiya, Polşa, Macarıstan, İsveç, Albaniya, Şimali İrlandiya, Serbiya, Yunanıstan
4-cü səbət: Türkiyə, Sloveniya, İsrail, İrlandiya, Norveç, Bolqarıstan, Farer adaları, Monteneqro, Estoniya
5-ci səbət: Kipr, Latviya, Ermənistan, Finlandiya, Belarus, Makedoniya, AZƏRBAYCAN, Litva, Moldova
6-cı səbət: Qazaxıstan, Lüksemburq, Lixtenşteyn, Gürcüstan, Malta, San-Marino, Andorra

Hiç yorum yok:

Yorum Gönder