"Neftçi" Monteneqroda dayandı
[10.07.2015]![]()
Bu gün Avropa Liqasında ilk təsnifat mərhələsinin cavab oyunları keçirilib.
Qol.Az-ın məlumatına görə, ölkəmizi sözügedən turnirdə təmsil edən “Neftçi” səfərdə Monteqronun “Mladost” klubu ilə qarşılaşıb. Bakıda keçirilən ilk oyunda 2:2 hesablı bərabərlik qeydə alındığından mərhələnin taleyi məhz bugünkü qarşılaşmada bəlli olacaqdı. "Neftçi" matçın 72-ci dəqiqəsində hesabı açsa da, bu üstünlüyünü sonadək qoruya bilməyib və mübarizəni dayandırıb. 9 iyul Avropa Liqası, I təsnifat mərhələsinincavab oyunu 23:30. ”Mladost” (Monteneqro) – “Neftçi” (Azərbaycan) - 1:1 Qollar: Araz Abdullayev, 72 (0:1), Vukoviç, 90+1 (1:1) (İlk oyun – 2:2) Baş hakim: Kevin Klensi (Şotlandiya). Podqoritsa. "Qradski" stadionu. |
Hiç yorum yok:
Yorum Gönder