"Qalatasaray" "Real"dan futbolçu aldı - rəsmi
[31.07.2015]![]()
"Qalatasaray" növbəti transferini gerçəkləşdirib.
Idamnnews.blogspot.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, İstanbul təmsilçisi Xose Rodriqes Martinesi heyətinə cəlb edib. 20 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. Bu transfer üçün "Qalatasaray" ilkin mərhələdə futbolçusunun sabiq klubu "Real"a heç bir təzminat ödəməyəcək. X.R.Martines əsas heyətdə oynayacağı hər 30 matç üçün "Cim-Bom" Madrid klubuna 250 min avro təzminat ödəyəcək. Bundan başqa, "Real" mövsümün sonu 10 milyon avro ödəyərək oyunçunu geri ala bilər. Qeyd edək ki, X.R.Martines ötən mövsüm icarə əsasında "Deportivo"da oynayıb. |
Hiç yorum yok:
Yorum Gönder