"Qarabağ" hollandiyalı hücumçu ilə müqavilə bağlayır
"Qarabağ" uzun müddət axtardığı hücumçunu nəhayət ki tapıb. Söhbət hollandiyalı forvard Raydell Pupondan gedir. Mərkəz və sağ cinah hücumçusu kimi oynamağı bacaran Puponun keçidində vasitəçi "İnter"ə Ruben Sxakeni gətirmiş hollandiyalı menecerdi. Baxmayaraq ki, Puponu Macarıstan və İsveçrə klubları da istəyir, "Qarabağ"ın bu transferi "Rudar"la oyuna 1 gün qalmış başa vuracağı və adını UEFA-ya göndərəcəyi gözlənilir.
"Ayaks"ın yetirməsi olan Pupon avqustun 28-də 28 yaşını qeyd edəcək. O, ölkəsində "Ayaks"dan başqa, "Villem II", Rotterdam "Sparta"sı, "De Qrafsxap", "ADO Den Haaq" və "NAK Breda" klublarının şərəfini qoruyub. Raydell ötən mövsüm Fransa Liqa-2 təmsilçisi "Valansyen"də ilk dəfə legioner həyatı yaşayıb. O, ötən mövsüm 35 oyunda 7 qol vurub.
"Qarabağ" bundan əvvəl Fransadan Alharbi Əl-Jadeyauini transfer edib. Mərakeşli yarımmüdafiəçi "Lans"dan "Qarabağ"a keçib. Onu da bildirək ki, "Qarabağ"ın sifariş ərizəsində yeganə hücumçu Namiq Ələsgərovdu.
Son xəbərlərə görə, Pupon gələn həftə, daha dəqiqi, iyulun 13-də Bakıya təşrif buyuracaq. Elə həmin gün tibbi müayinədən keçəcək. Səhhətində bir problem ortalığa çıxmasa, ayın 15-də rəsmi müqaviləyə qol çəkəcək. Onunla ikillik anlaşma nəzərdə tutulub. Holland yeni komandasının "Rudar"la Çempionlar Liqası matçını da tribunadan izləyəcək.
Hiç yorum yok:
Yorum Gönder