7/11/2015



UEFA "Çukariçki" - "Qəbələ" matçının vaxtını açıqladı
[11.07.2015]
UEFA "Çukariçki" - "Qəbələ" matçının vaxtını açıqladı
Avropa Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək "Çukariçki" (Serbiya) - "Qəbələ" (Azərbaycan) matçının vaxtı müəyyənləşib.
Qol.Az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, sözügedən qarşılaşma iyulun 16-ı Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. Oyun Belqradın "Çukariçki" stadionunda keçiriləcək.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü iyulun 23-ü oynanılacaq.

Hiç yorum yok:

Yorum Gönder