6/02/2015



Avropa Oyunlarının məşəli Qubada (FOTOLAR)
[02.06.2015]
Avropa Oyunlarının məşəli Qubada (FOTOLAR)
Dünən qubalıların yaddaşında birinci Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimi və möhtəşəm Alov festivalı ilə yadda qalacaq.
Qol.Az-ın "Azərtac"a istinadən verdiyi məlumata görə, məşəl Quba şəhərində Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkının qarşısında qurulan Oyunların rəmzi qapısında rayon ictimaiyyəti tərəfindən bayram əhval-ruhiyyəsi ilə qarşılanıb.
Məşəli güləş üzrə veteranlar arasında dünya çempionu Musa Mirzəyev qəbul edib. Bundan sonra 14 nəfər məşəlçinin yürüşünə start verilib. Onlar növbə ilə məşəli bir-birinə ötürərək Heydər Əliyev prospekti boyunca dörd kilometr məsafəni qət edərək Quba Meydanına gəliblər. Burada quraşdırılan səhnəyə qalxan kik-boksinq üzrə əməkdar məşqçi Telman Məhərrəmov məşəli alovlandırıb. Məşəlin alovlandırılmasını izləyən qubalılar bu tarixi hadisəni alqışlarla qeyd ediblər.
Sonra isə Avropa Oyunlarının çırağı yandırılaraq, yarışlar başa çatanadək saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verilib.
Mərasim iştirakçıları birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılmasını əks etdirən videoçarxı maraqla izləyiblər.
Bununla da Quba birinci Avropa Oyunlarının məşəlinin alovlandırıldığı 55-ci yaşayış məntəqəsi olub.












































































Hiç yorum yok:

Yorum Gönder