6/01/2015



Blatterdən sensasiyalı açıqlama



[01.06.2015]
Blatterdən sensasiyalı açıqlama
"Platini əvvəl dedi viski içək, sonra da istefaya getməyimi istədi"

Növbəti dəfə FİFA prezidenti seçilən Yozef Blatter maraqlı fikirləri ilə diqqət çəkib.
Qol.Az-ın "Sonntagsblick" idman portalına istinadən verdiyi məlumata görə, Blatter UEFA prezidenti Mişel Platininin onu vəzifəsindən getməyə çağırdığını bildirib:
"Platini öncə məni şəxsi görüşə dəvət etdi. Daha sonra mənə viski içməyi təklif etdi, sanki biz dostduq. Mən təklifi rədd etdikdə isə o, ciddi şəkildə mənim hesabat verməli və FİFA prezidentliyi vəzifəsindən getməli olduğumu dedi. Son günlərdə baş verənlər məni məyus etdi. Bilirəm ki, Platini seçkidən bir gün öncə bütün ölkələrin futbol federasiyalarından mənim əleyhimə səs vermələrini xahiş edib".
Qeyd edək ki, mayın 29-da keçirilən seçkilərdə qalib gələn Blatter növbəti 4 il müddətinə FİFA prezidenti seçilib.

Hiç yorum yok:

Yorum Gönder