“Eurosport”dan iddia: Zlatan İbrahimoviç Bakıya gedib
![]()
PSJ-nin və İsveç milli komandasının hücumçusu Zlatan İbrahimoviç dünən gecə saatlarında İstanbul aeroportunda görünüb.
Qol.Az-ın Türkiyənin "Hürriyyət" qəzeyinə istinadən yaydığı xəbərə görə, bir xanım azarkeş futbolçu ilə İstanbul Atatürk hava limanında çəkdirdiyi şəkli sosial şəbəkədə yayımlayıb. Bundan sonra məşhur oyunçunun Türkiyə klublarından biri ilə danışıqlara gəlməsi haqda müzakirələr başlayıb. Amma “Hürriyyət” qəzetinin yazdığına görə, sonradan “Eurosport” kanalı İbrahimoviçin Stakholmdan Azərbaycanın paytaxtı Bakıya yola düşəcəyi, İstanbulda isə sadəcə, tranzitlə olduğunu yazıb. Qeyd edək ki, artıq Türkiyənin bir çox media orqanı İbrahimoviçin İstanbuldan Bakıya getdiyini yazıb. Lakin səfərin hansı məqsədlə həyata keçirildiyi haqda məlumat verilməyib. AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentindən Qol.Az-a bildirilib ki, onlarda bu səfərlə bağlı hansısa məlumat yoxdur. Bununla belə, səfərin Bakıda keçiriləcək birinci Avropa Oyunlarına görə "Bakı-2015"in Əlaqələndirmə Komitəsinin dəvəti əsasında həyata keçirildiyi istisna edilmir. |
Hiç yorum yok:
Yorum Gönder