Çernoqoriya "Bakı-2015"ə 55 idmançı ilə gəlir
[03.06.2015]![]()
Çernoqoriya Milli Olimpiya Komitəsi Bakıda keçiriləcək Avropa oyunlarında iştirak edəcək 55 idmançının adlarını açıqlayıb.
Qol.Az-ın Baku2015.com-a istinadən yaydığı məlumata görə, idmançıların böyük əksəriyyəti iki idman növü üzrə yarışacaqlar. Atletika üzrə 30, su polosu üzrə isə 13 idmançı mübarizə aparacaq. Digər idman növlərindən cüdo üzrə dörd, boks və üzgüçülük üzrə iki, karate, velosiped, atıcılıq və taekvondo növlərinin hər biri üzrə isə bir iştirakçı yarışacaq. |
Hiç yorum yok:
Yorum Gönder