
Avropanın aparıcı klublarının maraq dairəsində olan "Mançester Siti"nin yarımmüdafiəçisi Yaya Ture gələcək karyerası haqda danışıb.
Qol.Az-ın "Evening News"a istinadən verdiyi məlumata görə, 32 yaşlı futbolçu növbəti mövsüm də "Mançester Siti"də oynayacağını bildirib:
"Növbəti mövsümdə "Mançester Siti"də qalacağım dəqiqdir. Azarkeşlər narahat olmasın. Komandanın uğuru üçün əlimdən gələni edəcəm. Əminəm ki, təcrübəm və komandaya cəlb olunacaq yeni futbolçular sayəsində "Mançester Siti" növbəti mövsümdə daha yaxşı çıxış edəcək".
Qeyd edək ki, 2010-cu ildə "Barselona"dan transfer olunan Ture "Mançester Siti"nin heyətində keçirdiyi 162 oyunda 51 qol vurub.
|
Hiç yorum yok:
Yorum Gönder