6/01/2015


Syominin seçimi: "Anji", yoxsa "Neftçi"?

[01.06.2015]
Syominin seçimi: "Anji", yoxsa "Neftçi"?
"Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syomin yeni mövsümdən "Anji"ni çalışdıracaq.
Qol.Az-ın məlumatına görə, bu barədə xəbəri Rusiyanın "Sport-ekspress" qəzeti yayıb.

Ötən mövsüm "Anji"də baş məşqçi işləyən Sergey Taşuyevin Mahaçqala təmsilçisi ilə müqaviləsinin müddəti başa çatıb. Rəhbərlik baş məşqçi vəzifəsinə mövsümün sonunda "Mordoviya"dan ayrılan Syomini gətirmək niyyətindədir.
"Syominlə maraqlanırıq. Lakin hələlik müqavilə imzalanmayıb" - deyə "Anji"nin direktoru Sergey Korablev bildirib.
Xatırladaq ki, "Mordoviya" Yuri Syominin rəhbərliyi altında Rusiya Premyer Liqasında 2014/2015 mövsümünü 8-ci pillədə başa vurub. 2013/2014 mövsümündə "Qəbələ"ni çalışdıran 68 yaşlı mütəxəssis Azərbaycan Premyer Liqasının bürünc medallarını qazanıb.
Qeyd edək ki, "Mordoviya"dan ayrıldıqdan sonra Y.Syominin "Neftçi" ilə müqavilə bağlayacağı haqda da xəbərlər yayılıb. Təcrübəli mütəxəssis özü həmin vaxt demişdi ki, “Mordoviya”nı çalışdırdığı üçün bu mövzuda danışmaq istəmir. O qısaca olaraq əlavə etmişdi ki, "həyatda hər şey ola bilər".

Hiç yorum yok:

Yorum Gönder