6/01/2015


"Azərbaycanla oyunda qol vurmalıyam"
[01.06.2015]
"Azərbaycanla oyunda qol vurmalıyam"
"Sonuncu dəfə yığmada çıxış edərkən formada olmadığımı hiss etdim. İki görüşdə oynadım, birində isə meydana sonradan çıxdım. Ancaq indi özümü daha yaxşı hiss edirəm və əsas heyət uğrunda mübarizə aparacam".
Qol.Az-ın məlumatına görə, bu sözləri Norveç yığmasının hücumçusu Aleksandr Soderlund ölkəsinin mətbuatına açıqlamasında deyib.
"Avro-2016"nın seçmə mərhələsində qarşılaşacaqları millimizlə oyuna da toxunan 27 yaşlı futbolçu həmin görüşdə qol vurmalı olduğunu bildirib: "Bizim güclü tərəflərimiz var. Lakin hücum xəttimiz zəif olaraq qalır. Bu da təəccüblü deyil. Çünki böyük çempionatlarda oynayan futbolçularımız yoxdur. Anlayıram ki, Azərbaycanla oyunda məşqçinin etimadını qazanmalı və qol vurmalıyam. Ümid edirəm ki, məndə hər şey alınacaq. Əgər zədələnməsəm, irəlidə yığmaya daha faydalı olacam".
Qeyd edək ki, Norveç - Azərbaycan oyunu iyunun 12-də Osloda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Hiç yorum yok:

Yorum Gönder