Yığmamız FİFA reytinqində irəlilədi
[04.06.2015]
![]()
FİFA dünya yığmalarının yeni reytinq siyahısını açıqlayıb.
idmannews.blogspot.com-un FİFA-nın saytına istinadən yaydığı xəbərə görə, Azərbaycan millisi ötən ayla müqayisədə 1 pillə irəliləyib. Hesabında 272 xal olan Robert Prosineçkinin komandası 115-ci pillədə qərarlaşıb. "Avro-2016"nın seçmə mərhələsində millimizin rəqiblərindən olan İtaliyanın mövqeyində dəyişiklik baş verməyib. Antonio Kontenin komandası 1101 xalla 13-cü pillədəki mövqeyini qoruyub. Xorvatiya 18-ci (-1), Norveç 64-cü (+6), Bolqarıstan 62-ci (+5), Malta isə 145-ci (+4) yeri tutur. Siyahının ilk pilləsinə yenə Almaniya millisi başçılıq edir. Belçika yığması ikinci pilləyə yüksəlib. Ötən ayın ikincisi Argentina yığması bir pillə geriləyərək üçüncü olub. |
Hiç yorum yok:
Yorum Gönder