6/02/2015

Azərbaycan Kubokunda final matçının hakimləri açıqlandı

Azərbaycan Kubokunda final matçının hakimləri açıqlandı


"Neftçi" və "Qarabağ" arasında keçiriləcək Azərbaycan Kubokunun final matçına hər 3 FİFA referisi təyinat alıb. idmannews.blogspot.com-ın məlumatına görə, bu barədə AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov "Xəzər" TV-də yayımlanan "Futbol saatı"na açıqlama verib. 

Lakin o, Əliyar Ağayev, Rəhim Həsənov və Orxan Məmmədovdan hansının baş hakim, hansının ehtiyat, hansının isə əlavə köməkçi hakim olacağını deməyib. Görüşü 6 hakimin idarə edəcəyini söyləyən Məmmədov təyinatların oyun günü müəyyənləşəcəyini açıqlayıb. 

Qeyd edək ki, iyunun 6-da Qəbələ şəhər stadionunda keçiriləcək "Neftçi" - "Qarabağ" matçı saat 21:00-da başlanacaq. 

Hiç yorum yok:

Yorum Gönder