6/01/2015


"Qarabağ" - "Neftçi": 10-cu duel
[01.06.2015]
"Qarabağ" - "Neftçi": 10-cu duel
Bu həftə Azərbaycan kubokunda final oyunu ilə 2014/15 mövsümünə yekun vurulacaq.

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Qəbələdə keçiriləcək qarşılaşmada ardıcıl 4-cü dəfə finala yüksələn “Neftçi” son 2 mövsümdə əldə etdiyi mükafatı qorumağa, ölkə çempionu “Qarabağ” “Qızıl dubl”a imza atmağa çalışacaq.

Peşəkar Futbol Liqasının rəsmi internet saytı üz-üzə gələn cütlərin kubokdakı oyunlarının balansını təqdim edir.


3 iyun
Azərbaycan kuboku, final
23. “Qarabağ” - “Neftçi” – 17 oyun, +7=5-5, top fərqi 12-15
Azərbaycan futbolunda ən çox üz-üzə gələn komandaların yolları kubokda 9 dəfə kəsişib. 2 dəfə 1/8, 4 dəfə 1/4, 2 dəfə yarımfinalda üz-üzə gələn rəqiblər 2-ci dəfə həlledici qarşılaşmada görüşəcək. 19 il əvvələ təsadüf edən yeganə finalda “Neftçi” qalib gəlsə də, ümumilikdə “Qarabağ” daha çox – 5 dueldə mərhələ adlayıb. Bunların birində keçirilməli olan 2 qarşılaşma baş tutmayıb. Buna həmin vaxt “Neftçi” çempionat və kubokda mübarizəni davam etdirməkdən imtinası səbəb olub. Həmin baş tutmayan duelləri texniki nəticə kimi nəzərə alsaq, “Qarabağ” 9 duel çərçivəsindəki 17 matçda daha çox qələbə qazanıb. Top fərqində isə “Neftçi” üstündür.

1993
1/4 final
Qarabağ (Ağdam) - Neftçi (Bakı) - 2:1, 0:0
1993/94
1/4 final
Qarabağ (Ağdam) - Neftçi (Bakı)* +:-, +:-
1995/96

final
Neftçi (Bakı) - Qarabağ (Ağdam)** - 3:0
1996/97
1/4 final
Neftçi (Bakı) - Qarabağ (Ağdam) - 3:2, 0:1 
1998/99
1/8 final
Qarabağ (Ağdam) - Neftçi (Bakı) - 0:2, 0:0
2005/06
1/2 final
Neftçi (Bakı) - Qarabağ (Ağdam) - 0:0, 0:1
2006/07
1/8 final
Qarabağ (Ağdam) - Neftçi (Bakı) - 1:2, 1:0
2008/09
1/4 final
Qarabağ (Ağdam) - Neftçi (Bakı) - 1:0, 0:0

2012/13
1/2 final
Neftçi (Bakı) - Qarabağ (Ağdam) - 2:1, 2:2

* - “Neftçi” çempionat və kubokda mübarizəni davam etdirməkdən imtina etdiyi üçün bu mərhələdə oynamayıb. Bu üzdən texniki nəticələr şərti olaraq yazılıb və top fərqində nəzərə alınmayıb.
** - neytral meydanda keçirilib.

Hiç yorum yok:

Yorum Gönder