Nazarovun komandası Bundesliqaya vəsiqə qazanacaqmı?
[01.06.2015]![]()
Bu gün növbəti mövsüm Almaniya Bundesliqasında çıxış edəcək son komandanın kimliyinə aydınlıq gələcək.
Qol.Az-ın məlumatına görə, yeganə vəsiqə uğrunda "pley-off" mərhələsinin matçında "Karlsrue" və "Hamburq" üz-üzə gələcək. Millimizin futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu "Karlsrue" səfərdə keçirilən ilk oyunda rəqibi ilə 1:1 bərabərə qalıb. "Karlsrue" doğma meydanda qalib gələcəyi və qolsuz heç-heçə edəcəyi təqdirdə növbəti mövsüm Bundesliqada oynamaq hüququ qazanacaq. Qeyd edək ki, "Karlsrue" - "Hamburq" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. 1 iyun 22:00. "Karlsrue" - "Hamburq" (ilk oyun - 1:1) |
Hiç yorum yok:
Yorum Gönder