6/01/2015


Sitatlar...
[01.06.2015]
Sitatlar...
Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri Novruz Məmmədov: "Çox maraqlıdır, siyasət aləmində işlədilən priyomlar artıq idman sahəsində də asanlıqla tətbiq olunur. Gizli səsvermə olduğu üçün, görünür, səslər yalnız Blatterin xeyrinə yox, ABŞ və Avropaya etiraz səsləri idi".
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov: “Bu gün hamı “Neftçi”nin problemlərindən danışır. Ancaq bu, üzdə belə ola bilər. Pərdəarxası, görmədiyimiz məqamlar var. Kubokun finalında tamamilə başqa bir “Neftçi” görə bilərik. Bu oyun mənim üçün qaranlıq bir qarşılaşmadır”.
AFFA-nın sabiq prezidenti Fuad Musayev: “Platini əclafdır. Blatterin prezident olmasını istəmir. O seçildikdən sonra isə gəlib əlini sıxır. Platini əsl sifətini göstərdi”.
Azərbaycan millisinin sabiq futbolçusu Rasim Abışov: “Bizim üçün ən ümdə amil futbol idi. Meydana çıxarkən pul haqqında qətiyyən düşünmürdük. Eləcə, oynamaq istəyirdik. Ancaq indikiləri ancaq pul düşündürür. Amma pulu da oynayıb, haqq edib qazanmaq lazımdı”.
“Barselona”nın hücumçusu Neymar: “Mən neçə ildir eyni üslubda oynayıram. Və bu üslubu kimsə bəyənmirsə deyə, dəyişmək fikrim yoxdur”.
Portuqaliya millisinin sabiq hücumçusu Luiş Fiqu: “Son seçkidə FİFA uduzdu. Ən başlıcası isə futbol uduzdu”.
İngiltərə millisinin sabiq hücumçusu Qari Lineker: “Blatterə səs verən FİFA-nın bütün üzvləri futbolu satdılar”.

Hiç yorum yok:

Yorum Gönder