Roberto Karlosun yeni komandası müəyyənləşdi
[02.06.2015]![]()
"Akhisar" klubundan ayrılan Roberto Karlosun yeni komandası müəyyənləşib.
Qol.Az-ın ESPN-ə istinadən verdiyi məlumata görə, braziliyalı mütəxəssis Qətərin "Əl Arabi" klubu ilə anlaşıb. "Əl Arabi"yə böyük ümidlərlə gəldim. Yaxşı komanda formalaşdırmaq üçün əlimdən gələni edəcəm" - deyə R.Karlos bildirib. Qeyd edək ki, məşqçilik karyerasına "Anji"də köməkçi-məşqçi kimi başlayan 42 yaşlı mütəxəssis daha sonra Türkiyənin "Sivasspor" klubunu çalışdırıb. |
Hiç yorum yok:
Yorum Gönder