
“Qarabağ”ın makedoniyalı futbolçusu Muarem Muaremin idmannews.blogspot.com saytına müsahibəsi
- Qarşıdan Azərbaycan kubokunun final matçı gəlir. "Neftçi" ilə oyun öncəsi “Qarabağ”da durum necədir?
- Hazırlıq prosesi qaydasındadır. Ardıcıl iki mövsüm çempion olduq. Kuboku da qazanmaq istəyirik. Sevinirik ki, zədəlilərimiz də yoxdur. Bu kuboku qazanıb, Bakıya gətirməyi çox arzulayırıq. Amma bilirik ki, bizi çətin oyun gözləyir. Final matçı hər zaman ağır keçir.
- “Neftçi” çempionatın sonlarında uğursuz çıxış etdiyi üçün hər kəs finalda sizi favorit görür.
- Biz final matçına çıxırıq. “Neftçi”nin son oyunlarına əhəmiyyət vermirik. Yenə qeyd edirəm ki, kubokun taleyi bir matçla həll olunacaq. Ona görə diqqətli və məsuliyyətli olmalıyıq. Əlimizdən gələni edib qalib gəlməyə çalışacağıq.
- Ümumiyyətlə, “Neftçi” bu mövsüm "Qarabağ"ı məğlub edə bilmədi.
- Çempionat oyunları ilə kubok matçları tam fərqlidir. Finalda başqa şansımız olmayacaq. Hər şey həmin gün meydanda həll olunacaq. Final matçına üç xal qazanmaq deyil, kuboku qazanmaq üçün çıxacağıq. Bu oyunda yeganə üstünlüyümüz yaxşı istirahət etməyimizdir. Çünki Premyer Liqanın son turunda “Neftçi”nin AZAL-la matçı var idi. “Qarabağ” isə həmin turda istirahət etdi. Amma yenə də heç nəyi düşünməyəcəyik. Çünki yalnız 90 dəqiqənin sonunda Azərbaycan kubokunu qazana bilərik.
- Yenidən Makedoniya milli komandasına dəvət almısan.
- Bəli, milli komandamızı yeni baş məşqçi çalışdıracaq. Mən də əlimdən gələni edib həm komandama kömək etmək, həm də əsas heyətdə oynamaq istəyirəm.
- “Qarabağ”la müqavilən sona çatıb. Yeni təkliflər varmı?
- Heç bir klubdan təklif yoxdur.
- Çempionlar Liqasında "Qarabağ"dan nə gözləmək olar?
- Kubokun finalından sonra yaxşı istirahət edib, hazırlıqlara başlayacağıq. Ötən mövsüm kifayət qədər yaxşı çıxış etdik. Qrup mərhələsində oynadıq. Çalışacağıq ki, bu dəfə daha yaxşısını ed
|
Hiç yorum yok:
Yorum Gönder