"Hamburq"a qalib gəlsək, saqqalımı qırxacam" – Nazarov
![]()
Azərbaycan millisinin və "Karlsrue"nin yarımmüdafiəçisi Dmitri Nazarov klubun rəsmi saytına müsahibə verib. Qol.Az saytı müsahibəni təqdim edir:
- Bundesliqaya vəsiqə uğrunda "Hamburq"la keçirilən ilk pley-off oyunundan (1:1) sonra komandada əhval-ruhiyyə necədir? - Səfərdəki heç-heçədən sonra yaxşı olmalıyıq. Ancaq qələbə şansını əldən verdiyimiz üçün bir qədər məyusuq. Oyundakı qol epizodlarına baxsaq, görərik ki, həmin matçda qələbə qazanmalı idik. Bununla belə, səfərdə qol vurmağımız bizim üçün üstünlükdür. İndi doğma meydanda vəzifəmizin öhdəsindən gəlməliyik. Əminəm ki, bu dueldən qalib ayrılacağıq. - Epizodların birində özün də qol vurmağa yaxın oldun. Ancaq qapı dirəyi qola imkan vermədi... - Hər kəs uzaq məsafədən zərbə endirməyə cəhd etmir. Lakim mən rəqib qapıçı Rene Adleri təəccübləndirmək istədim və zərbə vurmaq qərarına gəldim. Məncə, buna nail oldum. Amma qol olması üçün azacıq bəxtim gətirmədi. Ola bilər ki, cavab matçında qol vurum. - Cavab matçında komanda əsas nəyə diqqət yetirəcək? - Təkbətək mübarizələrdə daha aqressiv oynamalı, müdafiədə diqqətli olmalı, hücumlara inamla çıxmalıyıq. İlk oyunla müqayisədə daha yaxşı oynamalıyıq. Bizdə böyük potensial var. - Azarkeşləriniz demək olar ki, eyforiyadadırlar. Şəhərdəki atmosferi necə dəyərləndirirsən? - Təbii ki, bu yaxşı əlamətdir. Şəhərin hər tərəfində azarkeşlər bizi dəstəkləyir. Artıq cavab qarşılaşması üçün bütün biletlər də satılıb qurtarıb. - Komandanın bəzi üzvləri kimi sən də bir neçə həftə öncədən Bundesliqaya vəsiqə qazanana qədər saqqalını qırxmamağa qərar vermisən. Artıq saqqaldan yaxa qurtaracağın üçün sevinirsən? - Dörd həftədir ki, saqqalını qırxmıram. Lakin "Hamburq"la cavab matçından qalib ayrılsaq, saqqalımı qırxacağım üçün şad olacam. - Bu oyundan sonra komanda yoldaşlarınla daha nə etməyi planlaşdırırsan? - Dəqiq bilmirəm. İstirahət üçün vaxtım olmayacaq. Çünki iki beynəlxalq oyun üçün Azərbaycan millisinin düşərgəsinə yollanacam. Bizi Avstriyada Serbiya ilə yoldaşlıq, "Avro-2016"nın seçmə mərhələsində Norveçlə oyunlar gözləyir. |
Hiç yorum yok:
Yorum Gönder